Deputat: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz” » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |    

Deputat: “Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”

“Rusiya ilə Azərbaycan prezidentləri arasındakı görüş hər iki ölkənin bir çox məqamlarda fikirlərinin üst-üstə düşməsindən xəbər verir”.

Bu sözləri Oxu.Az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Aydın Mirzəzadə Azərbaycan Prezidentinin Rusiyaya səfərini şərh edərkən deyib.

A.Mirzəzadənin sözlərinə görə, görüşdə əsas məqsəd hər iki tərəf arasında əlaqələrin daha da möhkəmləndirilməsi olub:

“Xüsusilə də Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi əsas məqsədlərdən biridir. Görüş zamanı prezidentlər arasında bir çox məsələlər geniş müzakirə edilib. Tərəflər Qarabağ məsələsi ilə bağlı 10 noyabrda və 11 yanvarda imzalanmış üçtərəfli sazişlərin yerinə yetirilməsi məsələsində yekdil fikrə gəldilər.

Bu sazişlərin ayrılmaz tərkib hissəsi olan Zəngəzur dəhlizinin işə salınması ilə bağlı geniş fikir mübadiləsi apardılar. Zəngəzur dəhlizi açılmadan Qarabağla bağlı bəyanatlar tam yerinə yetirilə bilməz”.

O bildirib ki, Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin tezliklə fəaliyyətə başlaması üçün birgə tədbirlərin görülməsi barədə razılığa gəlib:

“Bu razılıq şübhəsiz ki, yerli vəziyyətin öyrənilməsi, təkliflərin dəyərləndirilməsi əsasında baş verib. Hesab edirəm ki, dünənki səfər artıq bu istiqamətdə real işə keçməyin vaxtının çatdığını bir daha göstərdi.

Növbəti addımlar artıq Rusiya tərəfdən xüsusi nümayəndə heyətinin Azərbaycana gəlməsi və əlaqələrin genişlənməsi olacaq. Bu məsələlərin geniş müzakirəsi istiqamətində müvafiq orqanlara lazımi tapşırıqların verilməsi olacaq. Bu da onu göstərir ki, artıq proses başlayıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            372 21.07.21 15:49