Professor: Keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələr allergiyaya meyilli olur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |     18:52 Bakının 8 Noyabr prospektində velosiped zolaqları salınır  |     18:33 Bakıda işçi mühafizə etdiyi idman zalınının kassasını talayıb - VİDEO  |     17:12 Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur  |    

Professor: Keysəriyyə əməliyyatı ilə dünyaya gələn körpələr allergiyaya meyilli olur

Körpənin mikroorqanizmlərlə ilk tanışlığı doğuş zamanı olmalıdır. Ana olmağa hazırlaşanlara məhz bu səbəbdən təbii doğuşu məsləhət görürlər. Ana bətni mikrobsuzdur. Körpə təbii yolla dünyaya gələndə onun dərisi, gözlərinin və ağzının selikli qişası ananın doğuş yolunda olan mikroblarla kontaktda olur. Nəticədə, orqanizmimiz üçün vacib olan mikroblarla ilkin tanışlıq baş tutur. Nəzərə almaq lazımdır ki, mikrobsuz həyat mümkünsüzdür və orqanizmin immun sisteminin inkişafı üçün mikroblar vacibdir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru, professor Fikriyyə İbrahimli deyib.

Həkim-terapevt bildirib ki, süni yolla (keysəriyyə) dünyaya gələn uşaqların mikroblarla kontaktı gec baş verir: "Bu, təhlükəlidir. Məhz bu səbəbdən keysəriyyə yolu ilə dünyaya gələnlər gələcəyin allergik xəstələri hesab edilə bilər. Doğuşdan sonra körpə məhz ana südü ilə qidalanaraq immun maddələrini anadan almalıdır. Körpə ana südü ilə minimum 2 il qidalanmalıdır. Məlum olub ki, süni qida qəbul edən körpələrdə bağırsaq mikroflorasının əsas tərkibini təşkil edən süd turşusu bakteriyalarının miqdarı azdır. Ana südü isə körpənin normal bağırsaq mikroflorasının inkişafı üçün zəmin yaradır. Ümumiyyətlə mikroorqanizmlərin ən çox yayıldığı hissə dəri və bağırsaqların selikli qişasıdır".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 19.07.21 22:11