Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlandı » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycan və Rusiya prezidentlərinin əsas müzakirə edəcəyi mövzular açıqlandı

20 iyul Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü zamanı müzakirə ediləcək əsas mövzular açıqlanıb.

Bu barədə Kremlin rəsmi saytı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.

Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsinin aparılması da planlaşdırılır.

Görüşdə əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın reallaşdırmasının praktik aspektlərinə, həmçinin iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması və inkişafı istiqamətindəki həllinə ayrılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            423 19.07.21 17:15