Azərbaycanın magistral kəmərlərlə nəql olunan neft və qazının həcmi açıqlanıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanın magistral kəmərlərlə nəql olunan neft və qazının həcmi açıqlanıb

Azərbaycanın yanvar-iyun aylarında magistral kəmərləri ilə nəql edilən neft və qazın həcmi açıqlanıb.

Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, magistral neft kəmərləri ilə 17 458 100 ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz azdır.

Nəqletmənin 74,9 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-iyun ayları ərzində bu kəmər vasitəsilə 13 072 300 min ton neft ötürülüb. Bu rəqəm illik müqayisədə 10,9 faiz azdır. Dövr ərzində BTC kəməri ilə 1 649 800 ton tranzit nefti də nəql edilib və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,4 faiz az olub.

Magistral qaz kəmərləri ilə isə 17 070 400 000 kub-metr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5 faiz artım müşahidə olunub. Qazın nəqlinin 49 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 8 368 500 000 kub-metr qaz ötürülüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 43,5 faiz çoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 16.07.21 20:31