Kürdəmirdə həmkəndlisini bıçaqlayan şəxs saxlanıldı
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb.
O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Faktla bağlı Kürdəmir RPŞ-də araşdırmalar aparılır.
