Azərbaycan növbəti ildə nə qədər neft hasil edəcək? - ABŞ-dan PROQNOZ » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Azərbaycan növbəti ildə nə qədər neft hasil edəcək? - ABŞ-dan PROQNOZ

Azərbaycanın 2021 və 2022-ci il üzrə neft və kondensat hasilatı ilə bağlı proqnoz azaldılıb.

Oxu.az-ın ABŞ-ın Energetika Nazirliyi yanında Enerji İnformasiya Agentliyindən əldə etdiyi məlumata əsasən, iyul ayının proqnozuna görə 2021-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcmi 720 min barel olacaq.

Halbuki, agentliyin iyun ayı üçün hasilat proqnozu 730 min barel idi. Ötən ayla müqayisədə proqnoz göstəricisi 10 min barel və ya 1,4 faiz azaldılıb. Buna baxmayaraq, 2020-ci ilin neft və kondensat hasilatının gündəlik orta həcmi ilə müqayisədə proqnoz 20 min barel və ya 2,9 faiz çoxdur.

Agentliyin hesablamalarına əsasən, 2021-ci ilin üçüncü rübündə hasilat 700 min barel, ilin sonunda, yəni, dördüncü rübdə isə 740 min barel olacaq.

2021-ci ilin üçüncü rübünün proqnozu ötən ilin eyni dövrü ilə müqayisədə 40 min barel və ya 6,1 faiz artırılıb. Eləcə də, dördüncü rübdə hasilat üzrə proqnoz ötən ilin göstəricisi ilə müqayisədə 50 min barel və ya 7,2 faiz çoxdur.

ABŞ-ın Enerji İnformasiya Agentliyi 2022-ci ildə Azərbaycanda neft və kondensat hasilatının gündəlik orta həcminin 760 min barel olacağını proqnozlaşdırır. Halbuki, agentliyin iyun ayında 2022-ci il üzrə proqnozu 780 min barel idi. Proqnoz ötən ayla müqayisədə 20 min barel və ya 2,6 faiz azaldılıb.

Növbəti ilin birinci rübündə neft və kondensat hasilatının gündəlik orta həcminin 760 min barel olacağı bildirilib. 2022-ci ilin ikinci rübündə hasilatın 770 min barel, üçüncü rübdə 750 min barel, dördüncü rübdə isə 780 min barel olacağı proqnozlaşdırılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            783 08.07.21 12:37