AVRO-2020-nin ikinci finalçısı müəyyənləşir - YENİLƏNİR » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |    

AVRO-2020-nin ikinci finalçısı müəyyənləşir - YENİLƏNİR

İngiltərə – Danimarka matçı başlandı.

***

Bu gün AVRO-2020-nin ikinci finalçısının adına aydınlıq gələcək.

Median.Az
xəbər verir ki, meydan sahibi olan İngiltərə heç vaxt qalib ola bilmədiyi Avropa çempionatının finalına çıxmaq üçün 1992-ci ilin qitə çempionları Danimarka ilə qarşılaşır.

Komandaların start heyətləri belədir:

İngiltərə (4-2-3-1): Pikford, Şou, Maquayr, Stounz, Uolker, Rays, Filips, Sterlinq, Maunt, Saka, Keyn (kapitan)

Danimarka (3-4-3): Şmeyxel, Vesterqor, Kyer (kapitan), Kristensen, Mehle, Dileni, Höybyerq, Striqer, Damsqor, Breytveyt, Dolberq

Qeyd edək ki, qalib komanda iyulun 11-də Londonda İtaliya millisi ilə final görüşünə çıxacaq. Uduzan tərəf isə İspaniya yığması kimi avtomatik bürünc medallara yiyələnəcək.

***

Bu gün AVRO-2020-də turnirdə ikinci finalçının adı məlum olacaq.

Oxu.az xəbər verir ki, ikinci yarımfinal görüşündə İngiltərə və Danimarka kollektivi üz-üzə gələcək.

Komandalar indiyədək 14 dəfə qarşılaşıb. İngiltərə bu oyundan 7-də, Danimarka 4-də qələbə qazanıb. 3 oyun isə heç-heçə başa çatıb.

Sonuncu dəfə komandalar Millətlər Liqasında üz-üzə gəlib. Bu oyunda Danimarka minimal hesablı qələbəyə sevinib. Həmin qarşılaşmada yeganə qolu AVRO-2020-nin qrup mərhələsinin ilk oyununda Finlandiyaya qarşı oyunda ciddi zədə almış Kristian Eriksen vurub.

AVRO-2020-nin 1/4 final qarşılaşmasında İngiltərə Ukrayna üzərində inamlı qələbə qazanıb – 4:0. Danimarka isə Çexiyadan üstün olub – 2:1.

AVRO-2020

1/2 final

23:00 İngiltərə - Danimarka
Baş hakim: Dani Makkeli (Niderland)
London. “Uembli” stadionuскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            615 07.07.21 23:12