İsti havalarda bu içkiləri içmək məsləhət deyil – Diyetoloq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

İsti havalarda bu içkiləri içmək məsləhət deyil – Diyetoloq
İstidə havalarda həmişəkindən daha çox maye içmək lazımdır. Bunun üçün adi içməli su içkilərin ən idealıdır.

Bu sözləri diyetoloq Andrey Bobrovski "Sputnik” radiosu ilə söhbətində isti havalarda susuzluğu yatırmaq üçün uyğun olmayan içkiləri sadalayarkən deyib.

Sadə su içməkdən yorulduğunuz halda həkim suya meyvələrdən portağal, limon və ya digərlərini əlavə etməyi məsləhət görür.

"Bir stəkan və ya su qabına sadəcə portağal, limon və ya başqa bir meyvə əlavə etməklə mükəmməl ləzzət əldə edə bilərsiniz. Bundan xoş bir ləzzət alacaqsınız”, - Bobrovski deyib.

Həkim istidə şəkərli qazlı içkilər içməməyi məsləhət görür. Birincisi, çox kalorilidirlər, ikincisi, susuzluğu yatırmağın öhdəsindən yaxşı gəlmirlər.
"Tanınmış istehsalçıların aşağı kalorili qazlı içkiləri çəkinin artmasına çox təsir etməməsini dediyinə baxmayaraq, istilərdə yüksək kalorili şirin qazlı içkilər içməməlisiniz. Ancaq paradoks ondan ibarətdir ki, şirinləşdirilmiş qazlı içkilər, hətta minimal kalorili olanlar da müəyyən reaksiyalara səbəb olur", - həkim deyib.

Bobrovskiyə görə, qazlı sularla qablaşdırılmış şirələr arasında heç bir fərq yoxdur. Çünki hər ikisində çoxlu şəkər var.

Həkim ənənəvi yay içkisinin kvas olduğunu qeyd edib. Ancaq onu da yalnız tərkibində minimum miqdarda şəkər varsa, içməyə dəyər.
"Kiçik şəkərli kvas seçməlisiniz. Çox dadlı olmaya bilər, ancaq o, bədən forması üçün zərərsizdir”, - həkim deyib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            171 07.07.21 19:08