Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

Türkiyə klubu millimizin futbolçusu ilə anlaşıb, “Sabah”ın transferdən xəbəri yoxdur

“Sabah”ın futbolçusu, 21 yaşadək millimizin sabiq oyunçusu Ozan Kökçü karyerasını Türkiyədə davam etdirəcək.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Həmin məlumatda bildirilir ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Niderlandın “Telstar” klubunda keçirən 22 yaşlı yarımmüdafiəçi Türkiyənin I divizion təmsilçisi “Eyüpspor”la anlaşıb. Yığma komandamızın üzvü ilə şəxsi razılıq əldə olunsa da, bu keçiddə son sözü “Sabah” klubu deyəcək. Çünki futbolçunun Bakı klubu ilə daha bir illik müqaviləsinin mövcud olduğu yazılıb.

Lakin əslində oyunçunun bakılılarla müqavilə müddəti 2022-ci ilin yox, 2023-cü ilin yayına qədərdir. Məsələ ilə bağlı “Sabah” klubu ilə əlaqə saxladıq. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bunları dedi:

“Bəli, Ozan Can Kökçünün “Sabah”la 2023-cü ilə kimi müqaviləsi var. “Eyüpspor”dan bizə hər hansı rəsmi təklif gəlməyib”.

Qeyd edək ki, hazırda digər həmyerlimiz Vüsal İsgəndərlinin Türkiyənin I divizionunda “Ankara Keçiörəngücü”də oynayacağı dəqiqdir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            375 23.06.21 15:37