Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı | 13:15 Bakıda 32 yaşlı kişi bıçaqlandı | 13:10 Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu | 13:05 Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət: Sel və daşqın olacaq | 13:01 Ölkə ərazisində istilik mövsümü başlayır | 23:01 Həftəsonu bu bürclərə sevgi gətirəcək | 22:56 Yer kürəsinin yeni “mini peyki” kəşf edildi | 22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu |
Mojo.az Avto
Mojo.az Avto

Benzinin gömrük dəyəri AÇIQLANIB

23.06.2021 12:55 3 042
Benzinin gömrük dəyəri AÇIQLANIB
2021-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan ümumi 52 683,62 ton benzin idxal edib.

Oxu.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, ümumi idxal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə artıb, məhsulun ümumi gömrük dəyəri isə 34 320 890 dolları təşkil edib.

Belə ki, bu dövr ərzində 46 731,78 ton həcmində 31 174 660 dollar dəyərində “Aİ-95” premium markalı benzin idxal edilib. Bir ton “Aİ-95” markalı benzinin gömrük dəyəri 667,1 dolları təşkil edib. Bu isə ötən ilin müvafiq dövründə idxal edilən “Aİ-95” markalı benzinin bir ton üçün gömrük dəyərindən 10,9 faiz azdır.

Həmin dövrdə ölkəyə 956,2 ton həcmində və 759 190 dollar dəyərində “Aİ-98” markalı benzin idxal edilib. Bir ton üçün məhsulun gömrük dəyəri 793,96 dolları təşkil edib ki, bu da ötən ilin müvafiq dövründə idxal edilən bir ton “Aİ-98” markalı benzinin gömrük dəyərindən 7,2 faiz azdır.

Eləcə də, bu dövrdə 4 999,64 ton həcmində 2 387 040 dollar dəyərində oktan dəyəri 95-dən az olan benzin idxalı baş tutub. Bu məhsulun bir ton üçün gömrük dəyəri 477,4 dollar təşkil edib.

Son xəbərlər