Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:02 Bu 3 bürc bazar günü XOŞ XƏBƏR ALACAQ | 22:56 Gələn il Azərbaycanda 950 min tona yaxın kartof istehsalı proqnozlaşdırılır | 22:51 371 roman yazan qadın süni intellektə görə təhdid və təhqirlə üzləşdi | 22:44 Zaxarova NATO-nu ittiham etdi | 22:39 "Avroviziya Asiya"nın ilk qalibi oldu | 22:31 Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO | 22:26 "Meta" 805 milyon avro cərimələnib | 22:17 Azərbaycanda bəzi binalara istilik verilməyə bilər: Səbəb - Video | 22:08 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 22:00 Dağıstanda məşhur idmançı güllələnərək öldürüldü | 21:56 Ramiz Mehdiyevin qızının vəkili həbs edildi | 21:49 Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi | 21:33 Büdcədə tarixi dəyişiklik: Neftdənkənar gəlirlər 60 faizi ötəcək - Foto | 21:26 İlon Maskın "Starship" raketi sınaq zamanı partladı - Video | 20:49 Kütləvi yol-nəqliyyat hadisəsində ölənlərin sayı 13-ə çatıb | 20:44 Məktəblərdə sərt qaydalar tətbiq oluna bilər: Cərimə, qırmızı kart və uzaqlaşdırılma | 20:36 Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı | 20:30 Leyla Əliyeva COP31-ə dair videoçarx paylaşıb - Video | 20:24 Tələbələri şantaj edərək pul istəyən şəxs barəsində qərar verildi | 20:10 "Nvidia" şirkətinin rəhbərliyinə mümkün namizədin adı açıqlandı |
Mojo.az Avto
Mojo.az Avto

Karantin qaydalarını heçə sayan restoran sahibi polisə zor tətbiq edib - RƏSMİ + FOTO

23.06.2021 12:27 3 441
Karantin qaydalarını heçə sayan restoran sahibi polisə zor tətbiq edib - RƏSMİ + FOTO
Sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov deyib.

O bildirib ki, iyun ayının 21-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən “Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub:

“Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi T.Zeynalov obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olub, onlara zor tətbiq edərək xuliqanlıq hərəkətləri edib. Rayon Polis Şöbəsinin əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq RPŞ-yə gətirib.

Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, T. Zeynalovun obyektində bundan əvvəl də yeddi dəfə karantin rejiminin pozulması aşkar edilərək barəsində inzibati tədbir görülüb. Bundan başqa o, polis əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, komendant rejimini və karantin qaydalarını pozduğuna görə, barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq), 517 (Fövqəladə vəziyyət rejiminin tələblərinin pozulması), 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T. Zeynalov 15 sutka inzibati həbs olunub.

Son xəbərlər