“Azəriqaz” sayğacların metal qəbulu məntəqələrinə verilməsinə aydınlıq gətirib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:21 Həcc ziyarəti ilə bağlı 500 nəfər aldadıldı: QMİ-dən XƏBƏRDARLIQ  |     14:59 Ən çox balı onlar topladı - SİYAHI  |     14:57 Bakıda uşaq evində DƏHŞƏT: Qız qollarını doğrayıb müəssisədən qaçdı  |     14:40 Rəşad Dağlı əfv olunur? – Hüquqşünas şərti açıqladı  |     14:39 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib  |     14:38 "YouTube" yeni dizaynı sınaqdan keçirir - FOTOLAR  |     14:36 Kriştiano Ronaldo iki oyunluq cəza alacaq  |     14:30 Prezidentin sədr təyin etdiyi Fərhad Adıgözəlov kimdir? - DOSYE  |     14:29 Nijni Novqoroddan Bakıya birbaşa təyyarə reysləri həyata keçiriləcək  |     14:26 Məhkəmələrin qərarları ilə müsadirə olunmuş üç tondan çox narkotik vasitə məhv edilib - FOTO  |     14:23 UEFA AFFA-nı cərimələyib  |     14:19 Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlərin DİQQƏTİNƏ: Kvota müəyyənləşdi  |     14:15 İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir  |     14:14 Brüssel toplantısı: Paşinyanın Qərblə birgə qurduğu planlar ortaya çıxdı  |     14:12 Kosmetoloq paylaşıma görə cəzalandırıldı  |     14:11 Avtomobili nömrəsiz idarə edən əlilliyi olan şəxs saxlanıldı - VİDEO  |     14:10 Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadıldı  |     14:09 Masazırda evdən 85 min manatlıq qızıl oğurlanıb  |     14:08 Xankəndidə 36 silah, 14 qumbara və sursat aşkarlanıb  |     14:07 Lənkəranda “Range Rover” yandı  |    

“Azəriqaz” sayğacların metal qəbulu məntəqələrinə verilməsinə aydınlıq gətirib

“Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev sosial şəbəkələrdə metal qəbulu məntəqələrinə təhvil verilən sayğaclarla bağlı videogörüntüyə münasibət bildirib.

Bu barədə Ruslan Əliyev öz “Facebook” hesabında yazıb.

“Paylaşılan bu videoda qeyri-adi heç nə yoxdur. Həm əvvəlcədən ödənişli, həm də sonradan ödənişli sayğacların istismar müddəti 15-20 ildir. Qaz sayğacının mexaniki və elektron hissəsi var. İstismar olunduqca sayğacın mexaniki hissəsi sıradan çıxır və onlar metal qəbulu məntəqələrinə təhvil verilir. Məsələn, “Azəriqaz” İstehsalat Birliyinin 2 milyon 400 minə yaxın əhali abonenti var. Bu qədər abonentin istifadəsində olan qaz sayğaclarının dövlət yoxlanış prosesi aparılarkən (əhali abonentləri üzrə 5 ildən bir) heç də ölçü qurğularının hamısı yararlı çıxmır. İldə 150-200 min sayğac yararsız olduğu üçün metal qəbulu məntəqələrinə təhvil verilir. Bu normal bir haldır. Yəni bundan hansısa şou düzəltməyə ehtiyac yoxdur”, - deyə İstehsalat Birliyinin rəhbəri qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            303 23.06.21 12:20