Лондон
C

Fransada prezident seçkilərinin vaxtı açıqlandı

Fransada gələn il keçiriləcək prezident seçkilərinin tarixi bəlli olub.

Median.Az
"qafqazinfo"-ya istinadən xəbər verir ki, 2022-ci ildəki seçkilərin ilk turunun aprelin 10-da, ikinci turunun isə aprelin 24-də keçirilməsi planlaşdırılır.

Fransa konstitusiyasına görə, Prezidentlik vəzifəsinin təhvil verilməsi 13 may 2022-ci ildən öncə baş tutmalıdır. Bu, Beşinci Respublikanın 12-ci prezident seçkisi olacaq.

Milli Cəbhə Partiyasının lideri Marine Le Pen, "Ayağa qalx, Fransa" partiyasının lideri Nikolas Dupont-Aignan, "Boyun əyməyən Fransa" partiyasının lideri Cin-Luk Melenxon və Havier Bertrantın rəsmi olaraq namizədlikləri elan olunub. Anne Hidalqo və mövcud prezident Emmanuel Makronun da namizəd olması gözlənilir.скачать dle 11.3
Уважаемый посетитель, Вы зашли на сайт как незарегистрированный пользователь. Мы рекомендуем Вам зарегистрироваться либо зайти на сайт под своим именем.
[related-news] [/related-news]

комментариев