Bakıda bu binalar söküləcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Bakıda bu binalar söküləcək - RƏSMİ

"Hər bir binanın istismar müddəti var. Onların statistikası hələ ki hazırlanır".

Median.Az "ölkə.az"a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “Facebook” səhifəsində yayımlanan “Ekspert saatı”nda çıxışı zamanı deyib.

O bildirib ki, bu il Bakıda istismar müddəti bitən binaların yenilənməsi barədə məlumatlar toplanır:

“Bu gün bu barədə statistika vermək mümkün deyil. Yəqin ki, bu barədə məlumatlar ilin sonunda təqdim ediləcək hesabatlarda öz əksini tapacaq.

Ümumiyyətlə bina və yaşayış məntəqəsindən asılı olaraq tikililərin yenilənməsi, söküb yenidən tikilməsi və ya restavrasiyası prosesləri var.

Yenilənməyə, sökülməyə zərurət olan binalar Bakının Baş Planında nəzərdə tutulacaq. Bütün bunlar müvafiq qaydalara uyğun şəkildə proqnozlaşdırılır”.

Qeyd edək ki, Bakı şəhəri üzrə meriyanın balansında olan 108 ədəd istismara yararsız bina mövcuddur.

Bakı meriyasından BAKU.WS-ə bildirilib ki, hazırda BŞİH-in balansında 11 min ədəd çoxmənzilli yaşayış binası mövcuddur:

"Bu binalardan 108-i istismara tam yararsız vəziyyətdədir. Həmin binanın yararsız olması və insanların köçürülməsi barədə bizə artıq Fövqəladə Hallar Nazirliyi tərəfindən rəy verilib. Rəyə əsasən, biz Nazirlər Kabinetinə də artıq müraciət etmişik”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            465 22.06.21 17:51