AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Avstraliyalı məşqçinin qələbə sevinci sosial şəbəkələrdə virus kimi yayıldı - FOTO/VİDEO  |     23:52 Şəhidlik zirvəsinə ucalan 25 yaşlı Cəbrayıl Qasımov - FOTO  |     23:50 Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib  |     23:49 Öd kisəsinin işləmədiyini göstərən əlamətlər  |     23:45 Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib  |     23:42 Bişmiş qarğıdalının 12 FAYDASI - Kimlərə yemək olmaz?  |     23:30 Qocalmanı ləngidən UNİKAL MEYVƏ  |     23:16 Eto Messi ilə bağlı suala sərt reaksiya göstərdi: “Messi mənimlə oynayıb, mən onunla yox”  |     22:55 Neftçalada yol qəzası olub, xəsarət alan var  |     22:50 Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə vaxtı uzadıldı  |     22:46 Şəmkirdə 45 yaşlı kişi özünü yandırıb  |     22:30 Cozef Bayden: ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək  |     22:29 MakSim komadan ayıldı  |     22:11 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:42 İranda koronavirusla bağlı kritik vəziyyət: Yoluxma sayında rekord  |     21:31 "Sabah" Gürcüstana klubuna məğlub olub  |     21:23 Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb  |     21:10 Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək  |     20:58 Bakı-Pirşağı-Sumqayıt qatarında gecikmə olub  |     20:40 Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi  |    

AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən bır sıra tibb müəssisələrində keçirdiyi yoxlamalar başa çatıb.

AQTA-dan verilən məlumata görə, bu ilin aprel-iyun aylarında paytaxt Bakı şəhəri istisna olmaqla ölkə ərazisi üzrə ümumilikdə 46 tibb müəssisəsini əhatə edən yoxlama-nəzarət tədbirləri zamanı qidalanma rejiminin təşkili, ərzağın keyfiyyəti, qida bloklarının sanitar-texniki və sanitar-gigiyenik vəziyyəti, qida təhlükəsizliyi tələblərinə əməl olunması yoxlanılıb.

Yoxlama tədbirləri nəticəsində fəaliyyətində ciddi nöqsanlar aşkarlanan 8 tibb müəssisəsi ilə bağlı zəruri məlumatlar toplanaraq hüquqi qiymət verilməsi üçün Azərbaycan Baş Prokurorluğuna təqdim olunub, həmçinin bir sıra tibb müəssisələrində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl olunmaması ilə bağlı vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilib, aşağıda adları qeyd olunan 5 tibb müəssisəsində isə qida təhlükəsizliyi sahəsində ən az nöqsan aşkarlanıb və nəticələri qənaətbəxş qiymətləndirilib.

Həmin tibb müəssisələrində aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Yoxlamaların nəticələrinə əsasən fəaliyyəti qənaətbəxş qiymətləndirilən tibb müəssisələri:

1. Beyləqan Rayon Mərkəzi Xəstəxanası;

2. Tovuz Rayon Mərkəzi Xəstəxanası;

3. Ağdam Rayon Mərkəzi Xəstəxanası;

4. Şəki Rayon Mərkəzi Xəstəxanası;

5. Zaqatala Rayon Mərkəzi Xəstəxanası.

Tibb müəssisələrində aparılan yoxlamalar TƏBİB-in nümayəndələri və tibb müəssisələrinin baş həkimlərinin müşayiəti ilə həyata keçirilib, müfəttişlər tərəfindən yaxa kameraları vasitəsilə videoçəkilişlər aparılıb, aşkar olunan nöqsanlar yerində protokollaşdırılıb, zəruri müayinələrin aparılması üçün ərzaq xammallarından, qida məhsullarından nümunələr götürülüb və sınaqların aparılması məqsədilə müvafiq laboratoriyaya təqdim edilib.

Qeyd edək ki, Agentlik tərəfindən Bakı şəhəri üzrə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində isə iyunun 21-dən etibarən yoxlamalara başlanılıb. Aparılan yoxlamaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 22.06.21 13:37