Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:58 Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir  |     19:43 Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib  |     19:32 Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirilir  |     19:27 Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb  |     19:25 Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır  |     19:14 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib  |     19:10 Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA  |     19:02 Hacıqabulda yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb  |     18:56 Türkiyə hərbçiləri daha 2 terrorçunu zərərsizləşdirdi  |     18:55 Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi  |     18:26 Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar  |     18:24 Gəncədə narkotik istifadəçiləri saxlanıldı  |     18:08 Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? - VİDEO  |     17:48 Ağdamın Şuraabad kəndindən görüntülər - VİDEO  |     17:46 Lukaşenko Olimpiadadakı idmançılara: “Turist kimi gedib, ölkəyə əliboş qayıtmayın”  |     17:45 Sosial şəbəkədə yeddi kiloqram narkotik alan narkotacir saxlanıldı - FOTO/VİDEO  |     17:44 Samuxda ferma sahibini öldürən çoban tutuldu  |     17:42 Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur - RƏSMİ  |     17:37 İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı - SƏRƏNCAM  |     17:36 Qəbiristanlıqdan oğurluq edənlər iş başında saxlanıldı - FOTO  |    

Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq
Avstraliya sərhədləri koronavirusun yayılması səbəbindən 2022-ci ilin dekabrına qədər bağlı qalacaq.

Bu barədə ölkənin baş naziri Skott Morrison 2GB radiosuna müsahibəsində deyib.

“G7” zirvəsi üçün getdiyi Böyük Britaniya səfərindən sonra karantində qalan baş nazir bildirib ki, 2022-ci il dekabrın sonuna qədər beynəlxalq səyahətlərin bərpa edilməsi barədə danışmaq hələ tezdir:

“Ümid edirəm ki, 2022-ci il Milada qədər bunu edə biləcəyik. Digər ölkələrdə olduğu kimi epidemiyanın baş verməməsinə diqqət yetirməliyik. Nə baş verdiyini izləyəcəyik və mütəxəssislərimizdən məsləhət gözləyəcəyik”.

Avstraliya səlahiyyətliləri pandemiya ilə əlaqədar olaraq dövlətin sərhədlərini 24 mart 2020-də bağlayıblar. Hazırda Avstraliyaya giriş bütün əcnəbilər üçün tamamilə qadağandır. Ölkənin vətəndaşları və daimi sakinləri xaricdən evlərinə qayıda bilər.

Avstraliya Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, pandemiya başlayandan ölkədə 30 335 yoluxma qeydə alınıb. Onlardan 29 293-ü sağalıb, 910 nəfər ölüb. 22 fevraldan başlayan ümummilli vaksinasiya çərçivəsində 6,5 milyon nəfərə peyvənd vurulub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            138 22.06.21 12:35