Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Avstraliyalı məşqçinin qələbə sevinci sosial şəbəkələrdə virus kimi yayıldı - FOTO/VİDEO  |     23:52 Şəhidlik zirvəsinə ucalan 25 yaşlı Cəbrayıl Qasımov - FOTO  |     23:50 Səudiyyə Ərəbistanı xarici vətəndaşların Kəbəni ziyarət etməsinə icazə verib  |     23:49 Öd kisəsinin işləmədiyini göstərən əlamətlər  |     23:45 Dənizdə batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib  |     23:42 Bişmiş qarğıdalının 12 FAYDASI - Kimlərə yemək olmaz?  |     23:30 Qocalmanı ləngidən UNİKAL MEYVƏ  |     23:16 Eto Messi ilə bağlı suala sərt reaksiya göstərdi: “Messi mənimlə oynayıb, mən onunla yox”  |     22:55 Neftçalada yol qəzası olub, xəsarət alan var  |     22:50 Koronaviruslu xəstələrlə çalışan tibb işçilərinin əməkhaqlarına əlavənin verilmə vaxtı uzadıldı  |     22:46 Şəmkirdə 45 yaşlı kişi özünü yandırıb  |     22:30 Cozef Bayden: ABŞ İraqda hərbi missiyalarda iştirak etməyəcək  |     22:29 MakSim komadan ayıldı  |     22:11 Türkiyədə koronavirusla bağlı son STATİSTİKA  |     21:42 İranda koronavirusla bağlı kritik vəziyyət: Yoluxma sayında rekord  |     21:31 "Sabah" Gürcüstana klubuna məğlub olub  |     21:23 Bir sıra ölkələrdən diri donuz, xammal və genetik materialların idxalı məhdudlaşdırılıb  |     21:10 Kirayə verilən evlərin vergiyə cəlb olunması istiqamətində işlər görüləcək  |     20:58 Bakı-Pirşağı-Sumqayıt qatarında gecikmə olub  |     20:40 Azərbaycanlı futbolçu Ukraynada klubunu dəyişdi  |    

Toyda iştirak edəcək qonaqların sayı “icaze.e-gov.az” portalına daxil ediləcək
Şənlik mərasimi keçirilən məkanın və ya müəssisənin sahibi həmin obyekt daxilində fəaliyyət göstərən tədbir zalları, onların tutumu və çalışan işçi heyət (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) barədə, habelə şənlik mərasiminin keçirilməsi tarixinə ən azı 5 gün qalmış mərasimin keçirilmə tarixi, başlama və bitmə vaxtı (saat 00:00-dan gec olmamaqla), qonaq sayı haqqında məlumatları “icaze.e-gov.az” portalına daxil etməlidir.

Bu barədə məlumat Nazirlər Kabinetinin qərarında yer alıb.

Şənlik mərasimində xidmət göstərən heyətin (musiqiçilər istisna olmaqla) tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadəsi məcburidir. Şənlik mərasimlərinin təşkil olunduğu məkanlarda çalışan işçi heyətin (müvəqqəti işə cəlb edilmiş işçilər daxil olmaqla) COVID pasportu olmalıdır.

Şənlik mərasimlərinin təşkili və keçirilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə əməl edilməsi ilə bağlı şənlik mərasiminin sahibi və şənlik mərasiminin keçirildiyi məkanın sahibi arasında müştərək məsuliyyət barədə bu Qərarın əlavəsində nəzərdə tutulan formada iltizamnamə imzalanmalı və şənlik mərasiminin keçirildiyi məkanın sahibi tərəfindən “icaze.e-gov.az” portalına daxil edilməlidir.

Portal 2021-ci il 26 iyun tarixindən etibarən müvafiq məlumatları daxil etmək üçün aktiv ediləcək.

“İcaze.e-gov.az” portalı ilə bağlı yaranan çətinliklərlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmətin) 9108 Çağrı Mərkəzinə müraciət edilə bilər.

Bu qərarın tələbləri pozulmaqla şənlik mərasimlərinin keçirilməsi qadağandır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            252 22.06.21 11:42