Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib

Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarını tanıtmaq məqsədilə - “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı silsilə tədbirlər keçirilir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Növbəti anım tədbiri Qəbələ rayonunda, ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan, mayor Abuşov Bəhruz Zabit oğlunun xətirəsinə həsr olunub. Şəhidin doğum günündə baş tutan anım mərasiminə toplaşan Müdafiə Nazirliyinin əməkdaşları, Qəbələ rayon İcra Hakimiyyətinin nümayəndələri, Bəhruzun döyüş yoldaşları, təhsil aldığı orta məktəbin müəllim və şagird kollektivi, ailə üzvləri şəhidin dünyaya göz açdığı Nohurqışlaq kəndindəki məzarını ziyarət edib, önünə çələng qoyublar.

Sonra Qəbələ rayon Mədəniyyət Mərkəzində şəhidin xatirə gecəsi keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edənlər şəhid Bəhruz Abuşovun ömür yolundan, “Dəmir yumruq” əməliyyatındakı iştirakından, döyüş meydanında göstərdiyi şücaətdən danışıblar. Şuşa şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə Bəhruzun göstərdiyi qəhrəmanlığı, mübarizliyi və fədakarlığı xüsusi qeyd olunub. Nohurqışlaq kənd orta məktəbinin şagirdləri şəhidin əziz xatirəsinə həsr etdikləri şeirlər söyləyiblər.

Şəhidin anası Sərmayə Abuşova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar səsləndirilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            396 19.06.21 22:28