Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:16 Nurməhəmmədov Dvalişvili ilə insidentə görə həbs olundu | 16:11 Üç vəkilə xəbərdarlıq edildi, biri kollegiyadan çıxarıldı | 15:00 Hava kəskin dəyişir: Güclü yağış, dolu, qar xəbərdarlığı | 14:33 Bakıda baş redaktor həbs edildi - FOTO | 14:16 İşçi işdə xəsarət alarsa, bütün xərcləri kim qarşılamalıdır? | 14:00 Fermerlərə şad xəbər: Hər heyvana görə 1000 manat verilməsi təklif edilir | 13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın |
Mojo.az Avto
Mojo.az Avto

Qadın tennis millimiz Dünya Kubokunu ardıcıl üçüncü qələbə ilə başa vurdu - YENİLƏNİB

19.06.2021 19:19 1 662
Qadın tennis millimiz Dünya Kubokunu ardıcıl üçüncü qələbə ilə başa vurdu - YENİLƏNİB
Litvanın paytaxtı Vilnüsdə amerikalı sabiq tennisçi Bili Cin Kinqin şərəfinə keçirilən Dünya Kubokunda qadın millimiz ardıcıl üçüncü qələbəsini qazanıb.

Komandamız İslandiyaya 3:0 hesabı ilə qalib gəlib.

Bununla da millimizin gələn mövsüm də bu divizionda mübarizə aparacağı dəqiqləşib.

* * * * *

Litvanın paytaxtı Vilnüsdə amerikalı sabiq tennisçi Bili Cin Kinqin şərəfinə keçirilən Dünya Kuboku turnirində qadınlardan ibarət Azərbaycan millisi ikinci qələbəsini qazanıb.

Millimiz Albaniya yığmasına birinci setdən sonra uduzsa da, sonda 2:1 hesabı ilə qələbə qazanmağı bacarıb. Qələbənin qazanılmasında Umayra Həşimova – Züleyxa Səfərova cütünün rolu olub.

Komandamız bu gün, turnirin son günündə qrup üçüncüləri arasında keçirilən pley-off görüşündə İslandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, Yalçın Manaflının kapitanı olduğu qadın millimiz yarışda Umayra Həşimova, Züleyxa Səfərova, Alina Qavriş və Alina Hüseynova ilə təmsil olunur. 21 ölkənin mübarizə apardığı Avropa/Afrika zonasında yarışan komandamız F qrupunda Namibiyaya 3:0 qalib gələrək üçüncü olub. Bu, qadın tennis millimizin ilk qələbəsi sayılır.

Onu da bildirək ki, millimiz bu turnirdə artıq üçüncü dəfə çıxış edir. Daha əvvəl yığmamız 2006 və 2007-ci illərdə bu turnirdə mübarizə aparıb.

Son xəbərlər