Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Sankt-Peterburqdakı Baş konsulluq erməni təxribatının qarşısını alıb

Cari ilin 18 iyun tarixində Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu erməni icmasının ölkəmizə və həmvətənlərimizə qarşı həyata keçirtmək istədiyi təxribatın qarşısını alıb və dövlət başçısının göstərişinə uyğun olaraq müdafiədən hücum taktikasına keçib.

Bu barədə konsulluğun yayımladığı məlumatda bildirilir.

Baş konsulluğun əldə etdiyi məlumata əsasən, cari ilin 18 iyun tarixində erməni diasporu Sankt-Peterburqda növbəti təxribata əl ataraq “Dom kino”da “Artsaxın uşaqları Neva sahillərində” adlı konsert keçirtmək niyyətində olublar. Tədbir “Sankt- Peterburq sarayları” beynəlxalq musiqi festivalı çərçivəsində “Naşe delo” dirnaqarası xeyriyyə cəmiyyətinin təşkilati dəstəyi ilə keçirilməli idi. Festivalın bədii rəhbəri erməni əsilli Rusiyanın əməkdar artisti, skripkaçı Mariya Safaryantsdır.

Erməni təxribatının qarşısını almaq məqsədi ilə Baş konsul Sultan Qasımov Sankt-Peterburq hökumətinin Xarici əlaqələr və Millətlərarası münasibətlər və miqrasiya siyasəti Komitələrinin rəhbərliyi ilə təcili əlaqə yaradaraq danışıqlar aparıb. Danışıqlar əsnasında Sultan Qasımov Rusiyanın mədəni paytaxtı sayılan Sankt-Peterburq şəhərində “Artsaxın uşaqları Neva sahillərində” adı altında tədbirin təşkilinin birbaşa Azərbaycan-Rusiya dostluq münasibətlərinə xələl gətirmək məqsədini daşıyan erməni təxribatı olduğunu bildirib.

Diplomat qeyd edib ki, Azərbaycan Respublikası Ermənistan tərəfindən işğal altında saxlanılan tarixi torpaqlarını azad edib. Ermənistan tərəfi Rusiyanın iştirakı ilə ölkəmizlə 10 noyabr 2020-ci il tarixində birgə bəyanat imzalayıb. Lakin buna baxmayaraq, dövlətimizə və xalqımıza qarşı bu və digər növ təxribatları törətməkdə davam edir. “Artsax” sözlü hər hansı bir tədbirin, üstəlik musiqi festivalının təşkili Azərbaycan Respublikası Hökuməti və RF Sankt-Peterburq Hökuməti arasında əməkdaşlığa dair imzalanmış Sazişin tələblərinə və ümumiyyətlə beynəlxalq hüquq normalarına ziddir.

Aparılan gərgin danışıqlar nəticəsində Sankt-Peterburq hökuməti təşkilatçılardan konsert proqramının adının dəyişdirilməsini tələb edib və bu başlıq bütün afişalardan tamami ilə yığışdırılıb. Baş konsulluğa verilən məlumata əsasən, festivalda iştirak edən erməni ansamblının “Artsaxın uşaqları Neva sahillərində” başlığı altında çıxışlarına imkan verilməyib. Çıxış isə “Ermənistan uşaqları Neva sahillərində” adı baş tutub.

Əldə etdiyimiz məlumata əsasən, konsertdə az sayda erməni icmasından ibarət tamaşaçı olub. Həmçinin Baş konsulluğun gördüyü qabaqlayıcı tədbirlər nəticəsində Sankt-Peterburq hökumətinin rəsmiləri heç bir səviyyədə konsertdə iştirak etməyib. Hökumət rəsmilərinin konsertdə iştirak etməməyi tədbirin mahiyyətini və statusunu aşağı salıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            330 19.06.21 18:11