İlham Əliyevdən hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı SƏRƏNCAM » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:56 Çempionlar Liqası: 4 oyunda 10 qol vuruldu  |     22:49 IMF gələn il üçün iqtisadi artım proqnozunu yüksəldib  |     22:29 Azərbaycan və İranın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər  |     22:16 Clubhouse-da dəvətnamə sistemi ləğv edilib  |     22:05 Bu vaksin Braziliya ştammına qarşı təsirsizdir - Araşdırma  |     22:00 Almaniyada partlayış zamanı onlarla insan xəsarət alıb, ölənlər var  |     21:51 Bitkoinin qiyməti 34 min dolları ötüb  |     21:45 Hər 10 nəfərdən 5-i toyda yoluxur - Həkim  |     21:33 Samuxda yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var  |     21:20 Samuxda bıçaqlanma olub  |     21:07 "Neftçi"nin legioneri: "Olimpiakos"u yaxşı analiz etmişik"  |     20:42 Gəncədə iki nəfəri ildırım vurub  |     20:17 Bakıda bu restoran şortik geyinən kişiləri içəri buraxmır - FOTO  |     20:11 Gəncədə həyətyanı sahələri su basıb, elektrik enerjisinin verilişi dayandırılıb  |     20:06 ANAMA-nın Cəbrayılda minaya düşən əməkdaşı evə buraxıldı  |     19:55 Gürcüstanda koronavirusun “Delta+” ştammı tapıldı  |     19:52 17 mindən çox toy qeydiyyata alınıb  |     19:46 Təhsil İnstitutu narazı müəllimlərə müraciət edib  |     19:38 Kubanın Fransadakı səfirliyinə “molotov kokteyli” ilə hücum edilib  |     19:28 Masallıda COVID-19 pasportu olmayanlar toylara buraxılmayıb  |    

İlham Əliyevdən hərbi xidmətə çağırış və ehtiyata buraxılma ilə bağlı SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

Sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

Eyni zamanda, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2021-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            270 17.06.21 13:10