Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
19:59 Sabirabadda iki VAZ toqquşdu: Xəsarət alanlar var | 19:13 Sürücülük vəsiqəsi ilə bağlı QAYDA DƏYİŞİR | 19:08 Günəşdə partlayışların sayı kəskin artıb | 18:48 Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 18:41 DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq (Video) | 18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi |
Mojo.az Avto
Mojo.az Avto

Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”

16.06.2021 11:57 2 700
Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bildirib ki, dünya ölkələri Qarabağı Azərbaycan ərazisi hesab edir.

Sabiq dövlət başçısı bu barədə Ermənistanın İctimai Televiziyasının efirində deyib.

“Bu məsələdə Ermənistanın müttəfiqi yoxdur və heç vaxt olmayıb. İndi vəziyyət daha da çətindir. Bizim heç nəyimiz yoxdur, Ermənistanın həlledici səsi yoxdur”, - deyə Levon Ter-Petrosyan vurğulayıb.

O, ikinci prezident Robert Koçaryanın yeni müharibə bəyanatını təhlükəli hesab edir. “Bu, problemlərə gətirib çıxara bilər. İndi orada Azərbaycan qoşunları var, bu, yalnız müharibə halında mümkündür. Yəni Robert Koçaryan yeni müharibə vədini verir.

Bütün dünya Qarabağı Azərbaycanın hissəsi hesab edir. O, yalnız ərazisini bərpa etdi, heç kim Azərbaycan ittiham etmədi. Bu dünyanın qanunu belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın hissəsi olması ilə razılaşmağa məcbur edəcəklər. Artıq heç nə bizdən asılı deyil, hər şey bitdi”, - Levon Ter-Petrosyan qeyd edib.

Son xəbərlər