DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:48 Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur  |     19:58 Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir  |     19:43 Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib  |     19:32 Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirilir  |     19:27 Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb  |     19:25 Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır  |     19:14 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib  |     19:10 Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA  |     19:02 Hacıqabulda yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb  |     18:56 Türkiyə hərbçiləri daha 2 terrorçunu zərərsizləşdirdi  |     18:55 Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi  |     18:26 Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar  |     18:24 Gəncədə narkotik istifadəçiləri saxlanıldı  |     18:08 Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? - VİDEO  |     17:48 Ağdamın Şuraabad kəndindən görüntülər - VİDEO  |     17:46 Lukaşenko Olimpiadadakı idmançılara: “Turist kimi gedib, ölkəyə əliboş qayıtmayın”  |     17:45 Sosial şəbəkədə yeddi kiloqram narkotik alan narkotacir saxlanıldı - FOTO/VİDEO  |     17:44 Samuxda ferma sahibini öldürən çoban tutuldu  |     17:42 Rusiya XİN: Azərbaycan-Ermənistan sərhədində baş verən son silahlı insidentlər narahatlıq doğurur - RƏSMİ  |     17:37 İlham Əliyev avtomobil yolunun tikintisinə 5,6 milyon manat ayırdı - SƏRƏNCAM  |    

DİN: “Zevs” ləqəbli şəxsin hərəkəti araşdırılır
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə izləyicisini döyərək lentə alan şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə yayılan iddialar nəzarətə götürülməklə araşdırılır:

“Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, yutuber Ruslan Quliyev yarım milyondan çox izləyicisi olan yutub kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin videoda “Zevs” kimi tanınan R.Quliyev izləyicisi ilə görüşən zaman onu döyüb. R.Quliyev daha sonra videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə yayılıb və etirazla qarşılanıb.

Xatırladaq ki, ötən ilin yayında Ruslan və qardaşı Coşqun Quliyev onlara dövlət tərəfindən verilən 190 manatlıq birdəfəlik ödənişə qarpız alıb və hamısını qıraraq lentə almışdı. Daha sonra həmin pulu aidiyyəti üzrə sərf etmədikləri üçün üzr istəmələri ilə bağlı video da yayılmışdı.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 15.06.21 18:57