Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:13 Göyçayda şadlıq sarayının sahibi cərimələndi  |     21:08 Saatlı sakinində "patı" aşkarlanıb  |     21:00 Türkiyədə meşəyə getmək qadağan olunub  |     20:48 Şuşa Radio Qovşağının yenilənməsi nəzərdə tutulur  |     19:58 Azad edilmiş ərazilərdə kənd və qəsəbələrin memarlıq siması müəyyənləşdirilir  |     19:43 Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verib  |     19:32 Hadrutda İdarələrarası Mərkəzin 3 İşçi Qrupunun birgə iclası keçirilir  |     19:27 Futbolçuları daşıyan avtobus partladılıb, 4 nəfər ölüb  |     19:25 Deputat Eldəniz Səlimovun məsələsi Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılır  |     19:14 TƏBİB rəsmisi xəstəxanaların fəaliyyətini tənqid edib  |     19:10 Səlçuk Bayraktardan Türkiyədəki meşə yanğınlarına dair AÇIQLAMA  |     19:02 Hacıqabulda yol qəzasında bir nəfər ölüb, beş nəfər xəsarət alıb  |     18:56 Türkiyə hərbçiləri daha 2 terrorçunu zərərsizləşdirdi  |     18:55 Karantin qaydalarını pozaraq şənlik keçirənlər cərimələndi  |     18:26 Azərbaycanda dəhşətli cinayət: Taksi sürücüsünü öldürüb basdırdılar  |     18:24 Gəncədə narkotik istifadəçiləri saxlanıldı  |     18:08 Baş həkim qazinin ayağını müayinə etmək üçün pul tələb edib? - VİDEO  |     17:48 Ağdamın Şuraabad kəndindən görüntülər - VİDEO  |     17:46 Lukaşenko Olimpiadadakı idmançılara: “Turist kimi gedib, ölkəyə əliboş qayıtmayın”  |     17:45 Sosial şəbəkədə yeddi kiloqram narkotik alan narkotacir saxlanıldı - FOTO/VİDEO  |    

Sabahın hava proqnozu: Şimşək çaxacaq, yağış yağacaq, dolu düşəcək
Azərbaycanda iyunun 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, iyunun 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23 dərəcə isti, gündüz 28-33 dərəcə, Bakıda gecə 21-23 dərəcə, gündüz 31-33 dərəcə isti olacaq.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraitinə gəlincə, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Dəniz suyunun temperaturu:

Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 21-22 dərəcə isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 22-23 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnozsa görə, iyunun 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

İyunun 16-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 32-37 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 20-25 dərəcə isti olacaq.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            294 15.06.21 16:12