Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 Pakistanda peyvənd olunmayanların SIM-kartları bloklanacaq  |     14:38 Çin alimləri yarasalarda 24 yeni koronavirus növü aşkar ediblər  |     14:37 Koronavirusun növbəti dalğası üçün əhaliyə tibbi təhsil verilir  |     14:04 Hindistanda “qara kif”ə yoluxma sürətlə artır  |     14:03 Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər  |     14:03 COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var  |     14:02 Koronavirusun “delta variantı” yayılmağa başlayıb  |     14:02 Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı  |     14:00 Rusiyada çalaları süni intellektlə müəyyən edəcəklər  |     13:57 Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub, dörd nəfər saxlanılıb  |     13:56 Daha bir ölkədə 12 yaşlılara peyvənd vurulmasına icazə verildi  |     13:55 Bakıda avtomobilin vurduğu kişinin ayağı qırıldı  |     13:54 Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır  |     13:54 NATO-dan Ukraynaya dəstək  |     13:44 Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı  |     13:28 Bakıda adam oğurluğunda şübhəli bilinənlər saxlanıldı  |     13:13 Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır: Minimal qiymət 25 avrodur  |     12:56 Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi  |     23:42 Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb  |     23:30 Salyanda yol qəzasında iki nəfər xəsarət alıb  |    

Doqquz illik orta təhsil üzrə buraxılış imtahanlarının nəticələri elan olunub
Dövlət İmtahan Mərkəzi (DİM) ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 9-10 iyun 2021-ci il tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.

DİM-dən “Report”a verilən məlumatda bildirilir ki, imtahanda iştirak edən 9-cu sinif şagirdləri verilmiş keçidə (https://eservices.dim.gov.az/2021/netorta/) daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. İmtahan iştirakçıları iş nömrələrini buradan öyrənə bilərlər.

Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu imtahanlarda iştirakı nəzərdə tutulan 43638 nəfərdən 762 nəfər imtahana gəlməyib. Tələb olunan imtahan qaydalarını pozduğu üçün 7 nəfərin nəticəsi ləğv olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 17 iyun tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 14-16 iyun tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur.

Apellyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            117 11.06.21 23:07