XİN rəsmisi: “Azərbaycan Avropa Məhkəməsinin 11 erməni diversantla bağlı qərarını alqışlayır” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat  |     13:29 Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır  |     13:28 Azərbaycanda sabiq deputat vəfat etdi  |     13:27 Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib  |     13:25 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?  |     13:08 İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır  |     12:59 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu  |     12:58 Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı  |     12:38 ABŞ-a 113 ölkədən it gətirilməsinə qadağa qoyulub  |     12:23 COVID-19 olan uşaqlarda irinli appendisit riski müəyyən olunub  |     12:22 BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir  |     12:20 ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı  |     12:06 İsveç Ordusunun Baş komandanından Rusiya ilə müharibəyə hazırlıq çağırışı  |     11:57 Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”  |     11:51 Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq  |     11:49 Bakıda ər-arvadı avtomobil vurdu  |     11:13 Dünya bazarında neft qiymətləri  |     23:55 Putinin yüksək vəzifə verdiyi NEFTÇALALI GENERAL GÖRÜN KİM İMİŞ  |     23:53 Azərbaycanda kombayn istehsal ediləcək  |     23:32 Leyla Əliyevadan AVRO-2020 ilə bağlı paylaşım – VİDEO  |    

XİN rəsmisi: “Azərbaycan Avropa Məhkəməsinin 11 erməni diversantla bağlı qərarını alqışlayır”
“Azərbaycan hökuməti İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (İHAM) Ermənistanın hazırda Azərbaycanda saxlanılan 11 vətəndaşının dərhal sərbəst buraxılması tələbini rədd edən qərarını alqışlayır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Məhkəmə Reqlamentinin 39-cu Qaydasına istinad edilərək saxlanılan şəxslərin sərbəst buraxılması üçün iki dəfə cəhd göstərilib, hər ikisi rədd edilib:

“Ermənistanın müraciəti Azərbaycanın beynəlxalq qanunlarla təsbit olunmuş, ölkənin daxili qanunvericiliyini və beynəlxalq hüququ pozan, habelə ağır hərbi cinayətlər törətməkdə şübhəli bilinən şəxslərin cinayət təqibinə dair hüquq və öhdəliklərini göz ardına alır. İHAM-ın qərarı məhz bu hüququ vurğulayır”.

L.Abdullayevla deyib ki, Ermənistanın saxlanılan şəxslərin dərhal sərbəst buraxılması ilə bağlı müraciəti Azərbaycan hökumətinin qanunun aliliyini hörmətsizlik çağırışına bərabərdir: “Biz sözügedən prinsiplərə sadiq qalırıq və İHAM-in da qəbul etdiyi kimi cinayət təqibi başa çatana qədər bu şəxslər həbsdə saxlanılacaq”.

“Bildiyiniz kimi, Ermənistanın dərhal sərbəst buraxılmasını tələb etdiyi şəxslərdən ikisi - Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyan Azərbaycan vətəndaşlarına işgəncə verməkdə təqsirləndirilərək hazırda məhkəmə istintaqına cəlb olunublar. Azərbaycan öz hüquq və öhdəliklərinə uyğun olaraq beynəlxalq və daxili hüququn müəyyən olunmuş prinsiplərinə riayət etməyə və bu təqibi başa çatdırmağa sadiqdir.

Onu da qeyd etmək istərdik ki, Azərbaycan bu şəxslərin vəziyyəti ilə bağlı olan bütün tələbləri yerinə yetirib. Beynəlxalq Qırmızı Xaç Komitəsi, habelə İnsan Haqları üzrə Müvəkkilin (Ombudsman) həbs olunmuş şəxslərlə görüşləri təşkil edilib və mayın 27-də Azərbaycan hərbçiləri tərəfindən saxlanılan 6 hərbçi də daxil olmaqla sözügedən həbsdə olan şəxslərin səhhəti barədə tibbi sənədlər təqdim edilib”, - XİN sözçüsü vurğulayıb.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            186 11.06.21 22:19