FHN gücləndirilmiş iş rejiminə keçib » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat  |     13:29 Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır  |     13:28 Azərbaycanda sabiq deputat vəfat etdi  |     13:27 Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib  |     13:25 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?  |     13:08 İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır  |     12:59 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu  |     12:58 Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı  |     12:38 ABŞ-a 113 ölkədən it gətirilməsinə qadağa qoyulub  |     12:23 COVID-19 olan uşaqlarda irinli appendisit riski müəyyən olunub  |     12:22 BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir  |     12:20 ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı  |     12:06 İsveç Ordusunun Baş komandanından Rusiya ilə müharibəyə hazırlıq çağırışı  |     11:57 Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”  |     11:51 Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq  |     11:49 Bakıda ər-arvadı avtomobil vurdu  |     11:13 Dünya bazarında neft qiymətləri  |     23:55 Putinin yüksək vəzifə verdiyi NEFTÇALALI GENERAL GÖRÜN KİM İMİŞ  |     23:53 Azərbaycanda kombayn istehsal ediləcək  |     23:32 Leyla Əliyevadan AVRO-2020 ilə bağlı paylaşım – VİDEO  |    

FHN gücləndirilmiş iş rejiminə keçib
Fövqəladə Hallar Nazirliyi (FHN) gücləndirilmiş iş rejiminə keçib.

Nazirlikdən bildirilib ki, qarşıdan gələn həftələrdə UEFA Avropa Çempionatının bir neçə oyunu Bakı şəhərində keçiriləcək.

Bununla əlaqədar olaraq fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun imzaladığı əmrə əsasən Nazirlikdə Qərargah yaradılıb.

Qeyd olunub ki, həmçinin, oyunlarla bağlı bir sıra yerlərdə, o cümlədən Bakı Olimpiya Stadionu, Dalğa Arena, Bakcell Arena, Tofiq Bəhramov adına Respublika Stadionu və qonaqların qalacağı otellərdə aidiyyəti təhlükəsizlik tədbirlərinə nəzarət edilməsi məqsədilə Nazirliyin əlaqədar qurumlarına müvafiq tapşırıqlar verilib, təhlükəsizlik müayinələri keçirilib, maarifləndirmə işləri aparılıb.

Bildirilib ki, bundan əlavə, baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılmasının təmin edilməsi məqsədilə Nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            141 11.06.21 18:42