NRYTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:22 AVRO-2020: Türkiyə Bakıda ilk oyununa çıxır - AFİŞA  |     15:13 Şimali Koreya liderindən aclıq təhlükəsi barədə XƏBƏRDARLIQ  |     13:44 Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat  |     13:29 Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır  |     13:28 Azərbaycanda sabiq deputat vəfat etdi  |     13:27 Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib  |     13:25 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?  |     13:08 İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır  |     12:59 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu  |     12:58 Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı  |     12:38 ABŞ-a 113 ölkədən it gətirilməsinə qadağa qoyulub  |     12:23 COVID-19 olan uşaqlarda irinli appendisit riski müəyyən olunub  |     12:22 BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir  |     12:20 ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı  |     12:06 İsveç Ordusunun Baş komandanından Rusiya ilə müharibəyə hazırlıq çağırışı  |     11:57 Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”  |     11:51 Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq  |     11:49 Bakıda ər-arvadı avtomobil vurdu  |     11:13 Dünya bazarında neft qiymətləri  |     23:55 Putinin yüksək vəzifə verdiyi NEFTÇALALI GENERAL GÖRÜN KİM İMİŞ  |    

NRYTN AVRO-2020 ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Bakıda keçiriləcək futbol üzrə Avropa çempionatı (AVRO-2020) ərəfəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) üzərinə düşən öhdəlikləri icra edib, müvafiq test işlərini yekunlaşdırılıb.

Bu barədə “Report”a Nazirlikdən məlumat verilib.

Məlumata görə, artıq oyunlar zamanı nəqliyyat, telekommunikasiya və poçt xidmətlərinin yüksək səviyyədə təşkilinə dair hazırlıq başa çatıb. Oyunların keçiriləcəyi günlərdə poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri keyfiyyətli və davamlı şəkildə təmin ediləcək.

Nəqliyyat xidmətləri ilə təminat məqsədilə nəqliyyat planı hazırlanıb. Eyni zamanda nazirliyə məxsus “Bakı Taksi Xidməti" MMC tələbata uyğun olaraq taksi xidməti təşkil edəcək.

Oyun günlərində müvafiq öhdəliklərin icrası nəzarətdə saxlanılacaq.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            144 11.06.21 18:41