Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 Pakistanda peyvənd olunmayanların SIM-kartları bloklanacaq  |     14:38 Çin alimləri yarasalarda 24 yeni koronavirus növü aşkar ediblər  |     14:37 Koronavirusun növbəti dalğası üçün əhaliyə tibbi təhsil verilir  |     14:04 Hindistanda “qara kif”ə yoluxma sürətlə artır  |     14:03 Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər  |     14:03 COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var  |     14:02 Koronavirusun “delta variantı” yayılmağa başlayıb  |     14:02 Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı  |     14:00 Rusiyada çalaları süni intellektlə müəyyən edəcəklər  |     13:57 Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub, dörd nəfər saxlanılıb  |     13:56 Daha bir ölkədə 12 yaşlılara peyvənd vurulmasına icazə verildi  |     13:55 Bakıda avtomobilin vurduğu kişinin ayağı qırıldı  |     13:54 Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır  |     13:54 NATO-dan Ukraynaya dəstək  |     13:44 Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı  |     13:28 Bakıda adam oğurluğunda şübhəli bilinənlər saxlanıldı  |     13:13 Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır: Minimal qiymət 25 avrodur  |     12:56 Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi  |     23:42 Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb  |     23:30 Salyanda yol qəzasında iki nəfər xəsarət alıb  |    

Rusiyadakı soydaşlarımız Ermənistan hakimiyyətini ittiham edib
Rusiyanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları azərbaycanlı jurnalistlərin və yerli məmurun Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində mina partlayışı nəticəsində həlak olması ilə bağlı bəyanatla çıxış ediblər.

Bu barədə Diasporla iş üzrə Dövlət Komitəsi məlumat yayıb.

“Moskva Azərbaycanlıları İcması”nın rəhbəri Şamil Tağıyev, “Perm vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Çingiz İsayev, “Orenburq Azərbaycanlılarının Milli Konqresi” təşkilatının sədri İlkin Kərimov, “Azəri” Milli-Mədəni Birliyinin sədri Ağababa Dadaşov, “Dostluq” Primorsk–Azərbaycan diasporu ictimai təşkilatının sədri Ramiz Zeynalov, “Samara vilayəti Azərbaycanlılarının Liqası” ictimai təşkilatının sədri Şirvan Kərimov, “Araz” Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Təhmasib Zeynalov, Moskva vilayəti Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Elşən İbrahimov və “Azərbaycanlıların Konqresi” Şimali Osetiya Regional Milli Mədəni ictimai təşkilatının fəxri prezidenti Şahin Məmmədovun imzaladıqları bəyanatda bildirilib ki, 10 noyabr 2020-ci il üçtərəfli razılaşma sazişindən indiyədək 120 nəfər azərbaycanlı mina partlayışları nəticəsində həlak olub və yaralanıb.

Diaspor təşkilatlarının rəhbərləri təəssüflə qeyd ediblər ki, beynəlxalq qurumların təmsilçiləri Ermənistan hakimiyyətinin mina xəritələrini verməkdən imtina etməsini və beynəlxalq öhdəliklərini pozmasını sükutla izləyirlər. İrəvanın mənəviyyatdan və insansevərlikdən kənar hərəkətlərinə fikir verilmədiyi zaman isə Qarabağda günahsız insanlar həlak olur, Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması imkanları qeyri-reallığa çevrilir.

Bəyanatda rəsmi İrəvanın antihumanist siyasəti hiddətlə pislənilib və beynəlxalq ictimaiyyətdən Ermənistan hakimiyyətini öz öhdəliklərini beynəlxalq hüquq çərçivəsində yerinə yetirməyə məcbur etmək tələb olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            105 11.06.21 18:31