Türkiyə millisinin oyunları Bakıya uçuş biletlərinin qiymətini qaldırdı » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Türkiyə millisinin oyunları Bakıya uçuş biletlərinin qiymətini qaldırdı

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Türkiyədən Azərbaycan paytaxtına gəlmək istəyən azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.

"Report"un məlumatına görə, bu barədə "Enuygun.com" səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu "NTV Spor"a açıqlamasında deyib.

O bildirib ki, "ay-ulduzlular"ın xüsusilə Uels və İsveçrə ilə oyunlarının olacağı tarixlər üçün (16 - 20 iyun) aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. Hacıbayramoğlunun sözlərinə görə, iyun ayı üçün bir biletin orta qiyməti 850 TL nəzərdə tutulmuşdusa, hazırda rəqəm 2 098 TL-yə çatıb.

Ekspert bu məsələdə Türkiyədən Azərbaycana yalnız şəxsiyyət vəsiqəsi ilə səyahət etmək imkanının da mühüm rol oynadığını və qarşıdakı günlərdə səfərlərin sayının daha da artacağını söyləyib.

Qeyd edək ki, Avropa çempionatı bu gün Romadakı "Olimpiko" stadionunda keçiriləcək İtaliya - Türkiyə matçı ilə başlayacaq.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            426 11.06.21 18:20