İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk” » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:44 Kosmik Agentlikdə yüksək vəzifəyə təyinat  |     13:29 Azərbaycanda terror-təxribat törədən erməni terrorçularının məhkəməsi başlayır  |     13:28 Azərbaycanda sabiq deputat vəfat etdi  |     13:27 Selena Qomez gözəllik və psixoloji sağlamlıq arasında əlaqə kəşf edib  |     13:25 ABŞ dəyərli metalı almaq üçün SSRİ-ni necə aldadıb?  |     13:08 İnternetin yaradıcısı onun mənbə kodunu satışa çıxarır  |     12:59 Çinin bir addımı bütün dünya ticarətini təhlükə altında qoydu  |     12:58 Cənubi Koreya Yaponiya ilə mübahisəli ərazidə təlimlərə başladı  |     12:38 ABŞ-a 113 ölkədən it gətirilməsinə qadağa qoyulub  |     12:23 COVID-19 olan uşaqlarda irinli appendisit riski müəyyən olunub  |     12:22 BMT Çində məhkumların orqanlarının çıxarıldığını iddia edir  |     12:20 ABŞ-da təqaüdçü qadın cavan vaxtı itirdiyi üzüyünü 63 il sonra tapdı  |     12:06 İsveç Ordusunun Baş komandanından Rusiya ilə müharibəyə hazırlıq çağırışı  |     11:57 Levon Ter-Petrosyan: “Dünya Qarabağı Azərbaycan ərazisi hesab edir, hər şey bitdi”  |     11:51 Türkiyə-Uels oyununa azarkeşlər ekspress marşrutlarla daşınacaq  |     11:49 Bakıda ər-arvadı avtomobil vurdu  |     11:13 Dünya bazarında neft qiymətləri  |     23:55 Putinin yüksək vəzifə verdiyi NEFTÇALALI GENERAL GÖRÜN KİM İMİŞ  |     23:53 Azərbaycanda kombayn istehsal ediləcək  |     23:32 Leyla Əliyevadan AVRO-2020 ilə bağlı paylaşım – VİDEO  |    

İlham Əliyev Putini təbrik etdi: “Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndiririk”
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Dövlət bayramınız – Rusiya Günü münasibətilə Sizi və Sizin şəxsinizdə dost Rusiyanın bütün xalqını ürəkdən təbrik edirəm.

Rusiya Federasiyası dövlət quruculuğu, davamlı sosial-iqtisadi inkişaf və ictimai həyatın bütün sahələrinin modernləşdirilməsi üçün böyük yol keçib və bu işdə sanballı uğurlar qazanıb. Bu gün Sizin ölkəniz dünyada gedən proseslərin nüfuzlu iştirakçısı kimi aktual çağırışlara və təhdidlərə qarşı mübarizədə mühüm məsələlər həll edir, qlobal və regional sülhün, təhlükəsizliyin dəstəklənməsinə sanballı töhfə verir.

Azərbaycan ilə Rusiya arasında möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı dəstək ənənələrinə əsaslanan münasibətlərin dinamik və uğurlu inkişafı xüsusi məmnunluq doğurur. Ölkələrimizin ən geniş məsələlər spektrinə dair konstruktiv ikitərəfli dialoqunu və səmərəli əməkdaşlığını da qeyd etmək istərdim.

Biz 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların əldə edilməsində və həyata keçirilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. İnanıram ki, Azərbaycan-Rusiya strateji tərəfdaşlığı və çoxplanlı qarşılıqlı fəaliyyəti bundan sonra da səmərəli inkişaf edəcək və dərinləşəcək, xalqlarımızın və ölkələrimizin rifahı, regionda sabitliyin, əməkdaşlığın və tərəqqinin təmin edilməsi naminə yeni məzmun kəsb edəcək.

Hörmətli Vladimir Vladimiroviç, bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, bütün rusiyalılara əmin-amanlıq və firavanlıq arzu edirəm”.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            222 11.06.21 16:10