Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:49 Avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb | 16:44 Yeni Suraxanıda kanalizasiya suyu dənizə axıdılır - VİDEO | 16:43 Körfəzi ölkələri İrandan təzminat istədilər | 15:25 Naxçıvanda ölümlə nəticələnən qəza zamanı maşında olan deputat kimdir? | 15:24 "Real Madrid" Arda Güler ilə razılığa gəldi: 5 illik yeni müqavilə və yüksək maaş | 15:08 Bakıda qızıl oğrusunun başqa əməlləri üzə çıxdı | 14:52 Müğənni qızı zorlamağa cəhddə ittiham olunan Bəxtiyar Dali ilə bağlı qərar verildi | 14:46 Alyona Əliyeva Ukrayna və Özbəkistanın milli pavilyonlarını ziyarət edib - FOTO | 14:45 Samuxda ölən 4 uşaq atası Vətən müharibəsi iştirakçısı olub | 14:38 Azərbaycan nefti bahalaşıb | 14:31 Ordubadda ağır qəza: Deputatın da içində olduğu maşın aşdı, ölən var | 14:26 Külli miqdarda vəsaiti mənimsəyən bağça müdirinə hökm oxundu | 14:23 Bakıdan Qubaya gəzməyə getdilər, içkili halda qəzaya düşdülər - 26 yaşlı gəncin ölümünün təfərrüatı | 14:15 Tanınmış müğənni Larisa Dolina səhnədən uzaqlaşır | 14:11 Bakı aeroportunda sursatla saxlanılan şəxs dünya çempionu imiş - FOTO | 14:08 Etibar Pirverdiyev 15 min manatlıq gülü kimin üçün aldırıb? | 14:02 Bəzi ərazilərdə qəzalı binalar sökülür - VİDEO | 13:35 Bakıdakı kütləvi dava ilə bağlı daha üç nəfər saxlanıldı | 13:33 Paşinyan öz missiyasını açıqladı: "Bu fürsətdən yararlanmamaq bağışlanmaz olardı" | 13:31 Dvalişvili Nurməhəmmədovla insidentdən sonra ilk açıqlamasını yaydı |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi

10.06.2021 16:48 1 455
Azərbaycandan yola düşən sərnişinlərin NƏZƏRİNƏ: Qaydalar dəyişdirildi
Azərbaycan Respublikasından yola düşən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək.

Bu, Baş nazir Əli Əsədovun Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarında dəyişiklik edilməsi ilə bağlı imzaladığı qərarında qeyd edilib.

Bundan əvvəl Azərbaycan Respublikasından yola düşən, uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair PCR testindən keçən və nəticəsi neqativ olan sərnişinlər bu barədə arayışı təqdim etməklə uçuşa buraxılırdılar.

Eyni zamanda, Azərbaycan Respublikasından yola düşən sərnişinlərin arayışlarının yoxlanılması terminalların girişində fəaliyyət göstərən tibb personalı tərəfindən həyata keçirilirdi. Sərnişinlərin uçuşa qeydiyyatı və hava gəmisinə daxil olması bu arayışlar əsasında həyata keçirilirdi. Bu tələb ləğv edilir.

Son xəbərlər