Azərbaycanda hakim vəfat etdi - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:02 İranın ali dini lideri prezident seçkilərində səs verdi - YENİLƏNİB  |     13:50 Dünya bazarında neft qiymətləri  |     13:34 Şimali Koreya 16 illik fasilədən sonra ilk dəfə ianə edib  |     13:21 “Google” ilk offlayn mağazasını açır  |     13:18 46 milyon əhalisi olan bölgədə koronavirusun 19 növü yayılıb  |     13:02 Çində koronavirusun mənbəyini ABŞ-da axtarmaq təklif olundu  |     12:40 Rafael Nadal Olimpiya Oyunlarında iştirakdan imtina etdi  |     12:32 Həbib Nurməhəmmədov UFC-yə qayıdacaq?  |     12:11 Nazir: “Tələbə kreditlərinin faizi çox az olacaq”  |     11:58 BNA: 20 iyun müntəzəm marşrut xətləri işləyəcək  |     11:52 DTX-dən əməliyyat: Suriyada döyüşmüş azərbaycanlı tutuldu - VİDEO  |     11:39 Nabranda baş verən yanğının söndürülməsinə helikopter cəlb olunub  |     11:32 Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq  |     11:25 Sabiq nazirə HÖKM OXUNDU  |     11:22 Vaqif Mustafayevin mülkləri müsadirə olunur? - Ciddi maliyyə pozuntuları aşkarlandı  |     11:17 Daha bir ölkədə 12-15 yaşlı uşaqların vaksinasiyasına icazə veriləcək  |     11:12 Ağsuda yeniyetmə amansızlıqla döyüldü  |     11:05 Araz çayında batan şəxsin meyiti tapıldı  |     11:02 Nazirlikdən əkin sahələrindəki yanğınlarla bağlı əhaliyə MÜRACİƏT  |     00:01 Bakıda yanğın hadisəsi baş verib - FOTO  |    

Azərbaycanda hakim vəfat etdi - FOTO
Azərbaycanda məhkəmə sədri vəfat edib.

Cəbrayıl Rayon Məhkəməsinin sədri, 1958-ci il təvəllüdlü Nuriyev Mehman Bağış oğlu uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, Biləsuvar rayon qəbiristanlığında dəfn olunub.

Xatırladaq ki, M.Nuriyev 1958-ci ildə Biləsuvar rayonunda anadan olub. O, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib və həmin ildən də prokurorluq və məhkəmə orqanlarında müxtəlif vəzifələrdə işləyib. M.Nuriyev 1990-1995-ci illərdə Neftçala Rayon Prokurorluğunun müstəntiqi, prokuror köməkçisi, 1995-1998-ci illərdə Quba rayon prokurorunun müavini, 1998-2006-cı illərdə Masallı rayon prokurorunun müavini, rayon prokuroru, 2006-2007-ci illərdə Respublika Baş Prokurorluğunun Dövlət ittihamı idarəsinin prokuroru, 2007-2014-cü illərdə Şəki Rayon Məhkəməsinin sədri, 2014-2019-ci illərdə Şirvan İnzibati-iqtisadi Məhkəməsinin sədri, 2020-ci ildən isə Cəbrayıl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışırdı.


скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            201 10.06.21 16:42