Karbohidrogenlərin ucuzlaşması “Suraxanı” yatağının ARDNF-ə ödənişini azaldıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Karbohidrogenlərin ucuzlaşması “Suraxanı” yatağının ARDNF-ə ödənişini azaldıb

Azərbaycanın quruda yerləşən “Suraxanı” neft yatağı üzrə 2020-ci ildə illik hasilat 1,14 milyon barrel proqnoza qarşı 1,03 milyon barrel səviyyəsində olub.

Bu barədə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il büdcəsinin icrasına dair Hesablama Palatasının verdiyi rəydə deyilir.

Məlumata görə, bu yataqlar üzrə hasilat proqnozu 90,69 % icra edilib

Rəydə bildirilir ki, bu yataq üzrə daxilolmalar 1 milyon 430 min ABŞ dolları və yaxud proqnozda nəzərdə tutulana (1,2 milyon ABŞ dolları) qarşı 19,17 % çox olub.

Neft hasilatı proqnozunun yerinə yetirilməməsi, COVID-19 pandemiya, dünya bazarında karbohidrogenlərin qiymətlərinin düşməsi səbəbindən qazma işlərinin dayandırılması və OPEC+ razılaşmasına uyğun olaraq neft hasilatının məhdudlaşdırılması ilə əlaqədardır.

Qeyd edək ki, "Suraxanı" neft yatağı Bakı şəhərindən 16 km şimal-şərqdə, Xəzər dənizi səviyyəsindən 70-75 m yüksəklikdə yerləşir. "Azərbaycan Respublikasında "Suraxanı" neft yatağının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş 16 avqust 2005-ci ildə qüvvəyə minib. Saziş sahəsi 13 km2-dir. Yatağın işlənməsinə 24 avqust 1904-cü ildə Ağcagil mərtəbəsindən 211 m dərinliyə qazılmış 73 204 №-li quyunun fontan üsulu ilə istismara verilməsindən başlanıb. Gündəlik hasilat 35 ton neft olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            495 09.06.21 18:41