Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:50 Pakistanda peyvənd olunmayanların SIM-kartları bloklanacaq  |     14:38 Çin alimləri yarasalarda 24 yeni koronavirus növü aşkar ediblər  |     14:37 Koronavirusun növbəti dalğası üçün əhaliyə tibbi təhsil verilir  |     14:04 Hindistanda “qara kif”ə yoluxma sürətlə artır  |     14:03 Koronavirusdan sağalan xəstələrdə daha bir qalıcı problem yarana bilər  |     14:03 COVID-19-un beyinin fəaliyyətinə uzunmüddətli təsiri var  |     14:02 Koronavirusun “delta variantı” yayılmağa başlayıb  |     14:02 Şenol Günəş italyanlara məğlubiyyətin səbəbini açıqladı  |     14:00 Rusiyada çalaları süni intellektlə müəyyən edəcəklər  |     13:57 Gürcüstanda azərbaycanlılar və svanlar arasında yenə insident olub, dörd nəfər saxlanılıb  |     13:56 Daha bir ölkədə 12 yaşlılara peyvənd vurulmasına icazə verildi  |     13:55 Bakıda avtomobilin vurduğu kişinin ayağı qırıldı  |     13:54 Ərdoğanın təlimatıyla Türkiyədən Liviyaya yüksək səviyyəli səfər planlaşdırılır  |     13:54 NATO-dan Ukraynaya dəstək  |     13:44 Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanıldı  |     13:28 Bakıda adam oğurluğunda şübhəli bilinənlər saxlanıldı  |     13:13 Rusiya aviaşirkəti üç istiqamətdən Bakıya uçuşlara başlayır: Minimal qiymət 25 avrodur  |     12:56 Dünyada koronavirusa yoluxanların sayı 176 milyonu keçdi  |     23:42 Hacıqabulda iki yaşlı uşaq qaynar çaydanı üzərinə aşırıb  |     23:30 Salyanda yol qəzasında iki nəfər xəsarət alıb  |    

Azərbaycanı Paralimpiya Oyunlarında səkkiz idmançı təmsil edəcək - RƏSMİ
Tokio 2020 Yay Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək daha beş idmançının adı açıqlanıb.

Paraatletlər – Elvin Astanov, Elmir Cəbrayılov, Səid Nəcəfzadə, Həmid Heydərli və Yelena Çebanu Tokio 2020 XVI Yay Paralimpiya Oyunlarında ölkəmizin şərəfini qoruyacaq.

Polşada keçirilmiş sonuncu Avropa açıq çempionatında uğurla iştirak etmiş idmançılarımız E.Astanov, E.Cəbrayılov, S.Nəcəfzadə və H.Heydərli, eləcə də reytinq xalları qazandıran yarışlarda yüksək nəticələr əldə etmiş Y.Çebanu bu mötəbər yarışda iştirak hüququ qazanıb.

Beləliklə, Paralimpiya Oyunlarında ölkəmizi təmsil edəcək paraatletlərimizin sayı səkkizə çatıb. Daha əvvəl Oloxan Musayev, Kamil Əliyev və Samir Nəbiyev dünya çempionatında göstərdikləri nəticələrə görə lisenziya əldə etmişdilər.

Oloxan Musayev, Samir Nəbiyev və Elvin Astanov nüvə itələmə, Elmir Cəbrayılov və Yelena Çebanu qaçış, Kamil Əliyev və Səid Nəcəfzadə uzunluğa tullanma, Həmid Heydərli isə nizə atma növündə iştirak edəcək.

Qeyd edək ki, bu günə Milli Paralimpiya Komitəsinin idmançıları Tokio 2020 Yay Paralimpiya Oyunlarına 18 lisenziya əldə edib. Onlardan 8-i paraatletika, 4-ü parataekvando, 3-ü paraüzgüçülük, 2-si güllə atıcılığı və 1-i parapauerliftinq növündəndir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 09.06.21 15:04