"Ştutqart"ın futbolçusu adı və yaşının saxtalaşdırıldığını etiraf etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

"Ştutqart"ın futbolçusu adı və yaşının saxtalaşdırıldığını etiraf etdi

Almaniyanın "Ştutqart" komandasının futbolçusu Silas Vamangituka özünün əsl ad və yaşını açıqlayıb.

"Report" xəbər verir ki, bunu Konqo Demokratik Respublikasından olan hücumçu klubun rəsmi saytına müsahibəsində etiraf edib.

O, yaşının 21 yox, 22, əsl adının isə Silla Katompa Mvumpa olduğunu və şəxsiyyəti barədə məlumatları agentinin dəyişdirdiyini söyləyib: "Bir neçə il əvvəl agentim mənim Parisdə onunla birgə yaşamağıma razılıq verdi. Əvəzində adımı və doğum tariximi dəyişdirdi. Son bir neçə ildə daim qorxu içində yaşamışam. Vətənimdəki ailəmdən də narahat idim. Bu həqiqəti açıqlamaq özüm üçün çətin addım oldu".

Hazırda "Ştutqart" məsələ ilə əlaqədar Almaniya Futbol Liqası və Almaniya Futbol İttifaqı ilə təmaslardadır.

Qeyd edək ki, Silas Vamangituka "Ştutqart"a 2019-cu ildə "Paris" klubundan keçib. O, ötən mövsüm 13 qol vuraraq, komandanın bombardiri olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            360 08.06.21 20:28