Qadınların pensiya yaşı ilə bağlı YENİ XƏBƏR » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Qadınların pensiya yaşı ilə bağlı YENİ XƏBƏR

2021-ci ilin iyulun 1-dən sonra qadınlar 62,5 yaşında pensiyaya çıxa biləcək. İyulun 1-nə qədər qadınlar 62 yaşında pensiya çıxmaq hüququna sahib idi.

Qadınların pensiyaya çıxma yaşının artırılması "Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə edilən dəyişikliklə bağlıdır. Qanuna əsasən, 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dən yaşa görə pensiya çıxacaq qadınların yaş həddi hər il 6 ay artırılır. Ardıcıllığa uyğun olaraq qadınlar 2021-ci ilin iyulun 1-dən 2022-ci ilin iyunun 30-na kimi 62,5 yaşda pensiya çıxacaqlar.

Hazırda pensiyaçıların 57 faizindən çoxu, yaşa görə pensiya alanların isə 63 faizi qadınlardır.

Qeyd edək ki, indi kişilər 65 yaşında pensiyaya çıxır. Yaşa görə pensiyaya çıxa bilmək üçün pensiya kapitalı minimum 28 800 manat olmalıdır və ya rəsmi iş stajı 25 ildən az olmamalıdır. İki şərtdən biri ödənmədikdə kişilər 65 yaşa, qadınlar isə 62,5 yaşa çatdıqda yaşa görə pensiya yox, müavinət alırlar. Hazırda müavinətin məbləği 130 manatdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            402 07.06.21 19:06