SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

SOCAR Ukraynada ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub

Ukraynanın 650-dən çox şirkətini özündə birləşdirən “Reputasiya fəalları” reytinq təşkilatı 2020-ci ilin nəticələrini elan edib. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft məhsulları riteyli” kateqoriyasında ən yaxşı yanacaq sənayesi şirkətlərinin ilk üçlüyünə daxil olub.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, şirkət növbəti uğurunu yanacağın istehlakçılar və ekspertlər tərəfindən bəyənilən keyfiyyəti, innovasiya və xidmət səviyyəsi, həmçinin Milli Opera və Balet Teatrı qarşısında fəvvarənin yenidən qurulması, yerli polisin “Təhlükəsizlik kəmərlərini bağlayın və qorxmayın!” təşəbbüsünə dəstək və COVID-19 əleyhinə tədbirlər kimi sosial layihələri sayəsində qazanıb.

2015-ci ildə yaradılmış “Reputasiya fəalları” hazırda Ukraynanın ən nüfuzlu reytinq təşkilatlarından biridir, 45 nominasiya üzrə reytinq cədvəlini müəyyənləşdirir. Reytinq səviyyəsi müstəqil ekspertlər tərəfindən 5 meyar üzrə müəyyən edilir və şirkətin reputasiya sabitliyini, imic kapitalını, korporativ sosial məsuliyyətini, media fəallığını, innovativ yanaşmasını və böhrana qarşı dayanıqlılığını əks etdirir.

"SOCAR Energy Ukrayna" şirkətinin əsas fəaliyyəti Ukrayna ərazisində yanacaqdoldurma məntəqələri şəbəkəsini inkişaf etdirmək, benzin və neft məhsullarının topdan satışını təşkil etməkdir. Ukraynanın Odessa, Nikolayev bölgələrində və paytaxt Kiyevdə "SOCAR Energy Ukrayna"ya məxsus 61 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 03.06.21 20:19