Bakıda yol qəzasında 65 yaşlı kişinin ayağı sındı
"Report"un məlumatına görə, hadisə Qarabağ rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması zamanı 1956-cı il təvəllüdlü Bağışov Fərhad Bağış oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol ayağın sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
