Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:59 Azərbaycanda payız fəsli başlayıb  |     23:51 Makronla Bayden arasında görüş oktyabrın sonunda baş tuta bilər  |     23:45 Litva Müdafiə Nazirliyi: “Çin telefonlarından istifadə etməyin”  |     23:37 ABŞ-ın enerji naziri: "Dinc məqsədlə atom hazırlamağa qərar verən ölkələrlə işləməyə hazırıq"  |     23:29 Ət, yumurta və süd ölümü tezləşdirir, imtina etmək lazımdır - Nəhəng elmi araşdırmanın ŞOK SONU  |     23:20 GUAM çərçivəsində işçi qrup yaradılacaq  |     23:13 Goranboyda qətl törədilib  |     23:05 Məmmədyarov Kalsenlə heç-heçə edib, "Vüqar Həşimov" komandası qalib gəlib  |     22:58 Ülvi Mehdiyev: “ASAN Xidmət "Baykar Makina" şirkəti ilə araşdırma mərkəzi yaradacaq”  |     22:51 Polad Həşimovun anası: “Ordumuz Azərbaycan xalqının əyilmiş başını düzəltdi” - VİDEO  |     22:46 Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət edib – FOTO  |     22:38 Laçın sakini illər sonra öz kəndlərində qardaşının məzarını tapdı – VİDEO  |     22:27 İspaniya təbii fəlakətlərin cəngində: Bir tərəfdən vulkan, bir tərəfdən daşqın - VİDEO  |     22:11 Azərbaycanın bank sektorunun aktivləri 8 % artıb  |     21:59 Avropada təbii qaz ucuzlaşır  |     21:48 EIB Azərbaycanın azad olunan ərazilərində yenidənqurma işlərində iştirak edə bilər  |     21:42 Nikaraquada 6,5 bal gücündə zəlzələ olub  |     20:52 Azərbaycanda son sutkada koronavirusa 1356 nəfər yoluxub - FOTO  |     20:50 Messi daha bir oyunu buraxacaq  |     20:50 Cəlilabadda ev yanır  |    

Piylənmə koronavirusa yoluxma riskini 6 dəfə artırır
Bu gün dünyada insanların ən çox əziyyət çəkdiyi məsələlərdən biri də artıq çəki və piylənmədədir. Bir çox hallarda artıq çəkili insanlar həkimlə məsləhətləşmə aparmadan müxtəlif vasitələrdən istifadə etməklə arıqlamağa cəhd edirlər. Nəticədə arıqlamaq əvəzinə, sağlamlığını itirənlər də olur.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, piylənmənin səbəbləri, insan orqanizmində əmələ gətirdiyi fəsadlar, müalicə yolları barədə sualları Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının ümumi, bariatrik və metabolik cərrahı, Beynəlxalq Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü, tibb üzrə fəlsəfə doktoru Elçin Abdinov cavablandırıb. Həkim piylənmənin çox mürəkkəb patogenezə malik, tez-tez residivləşən xroniki bir xəstəlik olduğunu, dünya əhalisi arasında sürətlə yayılaraq dövrümüzün xəstəliyinə çevrildiyini bildirib.

- Piylənmənin əsas səbəbləri nələrdir?

- Piylənmənin səbəbləri olduqca çoxdur. Günümüzdə səbəbləri hələ də araşdırılır və yeni amillər aşkarlanır. Burada qidalanma faktorunun rolu danılmazdır. Orqanizmə daxil olan normadan artıq kalorinin sərf edilməməsi nəticəsində yağlar piy toxuması şəklində yığılaraq artır və piylənmə yaranır. Orqanizmdə maddələr mübadiləsinin və hormonal balansın pozulması da piylənmənin səbəbləri sırasındadır.

- Bəs kimlər piylənməyə məruz qalmış hesab olunurlar?

- Gündəlik həyatımızda rastlaşdığımız hər kök, şişman, artıqçəkili insanı piylənməyə məruz qalmış hesab etmək olmaz. Piylənməni təyin etmək üçün Bədən Kütlə İndeksi (BKİ) anlayışından istifadə olunur. BKİ bədən kütləsinin boy hündürlüyünün kvadratına bölünməsi ilə əldə olunur. BKİ 19-25 arası olduqda norma, 25-30 arası olduqda artıq kütlə, 30-dan çox olduqda isə, piylənmə kimi qiymətləndirilir. Piylənmə bir sıra ağır metabolik xəstəliklərlə də müşayiət olunur: II tip şəkərli diabet, hipertoniya, qaraciyər piylənməsi və s. Bir məqamı da qeyd edim ki, bu gün dünya səhiyyəsi iki böyük problemlə üz-üzə qalıb: COVID-19 pandemiyası və piylənmə. Onsuz da piylənmə dünyada il ərzində 3-3.5 milyon insanın həyatına son qoyurdusa, bu gün onlar arasında COVID-19-a yoluxmaya görə ölüm faizi xeyli yüksəlib. Piylənməsi olan insan COVID-19-a yoluxduqda, onu müalicə etmək xeyli çətindir.

- Siz bunu nə ilə izah edərdiniz?

- Qeyd etdiyim kimi, dünya səhiyyəsi piylənmə ilə əlaqədar çox böyük problemlərlə üzləşib. Səhiyyə sistemi, tibb müəssisələri bədən kütləsi 150 kiloqrama qədər olan pasiyentlərə xidmət üçün hesablanıb. Bədən kütləsi 150-dən çox olan pasiyentlərə KT, MRT, digər müayinələr etmək və xidmətləri həyata keçirmək bir sıra çətinliklər yaradır. Bildiyimiz kimi, koronavirus xəstələrinin tənəffüsünü rahatlaşdırmaq və oksigen təminatını artırmaq üçün üzü üstə uzanmaları tövsiyə olunur. Piylənməsi olan xəstələrdə isə bu, əks effekt verir. Piy toxuması koronavirus üçün münbit şərait yaradır. Piylənməsi olanlarda virusun qanda miqdarı, virulentliyi yüksək olur, virusun yaşama müddəti uzanır və ölüm riski artır.

- Bəs piylənmə koronavirusa yoluxma riskini artırırmı?

- Aparılan araşdırmalar onu deməyə əsas verir ki, piylənmə COVID-19-a yoluxma riskini 6 dəfə artırır.

Pandemiyanın başladığı ilk dövrdə Çin və İtaliyadan gələn məlumatlara görə, ölüm riski faktoru kimi yaş və yanaşı xroniki xəstəliklər əsas götürülürdüsə, virus əhalisinin 50 faizdən çoxu piylənmədən əziyyət çəkən ABŞ-a keçdikdə, fikirlər tamamilə dəyişdi. BKİ 30-dan yuxarı olan şəxslərdə ölüm riski 2 dəfə, 40-dan yuxarı olanlarda 4.5 dəfə, gənc və yaşı 60-dan aşağı olan belə kişilərdə isə daha da çox artır. Həmin amilin COVID xəstələrinin hospitalizasiyasında praktiki əhəmiyyəti var. Piylənməsi olan xəstələrin ilk baxışdan vəziyyəti yüngül görünsə də, onların çox qısa zamanda ağırlaşması mümkündür. Ona görə də ilk növbədə həmin xəstələr hospitalizasiya olunmalıdırlar.

- Piylənmədən əziyyət çəkənlər hansısa konservativ üsullarla arıqlaya bilərlərmi?

- Piylənmədən əziyyət çəkənlərin normal çəkiyə qayıtmasına pəhriz, idman kimi konservativ üsullar kömək etmir. Həm də idman zamanı daha da ağır xəsarətlər ala bilərlər. Aşağı dərəcəli, yəni birinci dərəcəli piylənmədə pəhriz, idmanla nəticə əldə etmək olar. Lakin onların 3 faiz şansı var. Yəni 100 xəstədən 97-də pəhrizi, idmanı buraxdıqda, həyat tərzini dəyişdirdikdə, nəinki itirilmiş çəki geri qayıdır, hətta əvvəlkindən də çox çəki alınır.

- Piylənmə ilə mübarizədə ən əlverişli üsul hansıdır?

- 1990-cı illərdə dünyanın tibb təşkilatları və alimləri piylənmə ilə mübarizənin cərrahi əməliyyat yolu ilə aparılması qərarına gəliblər. Təbii ki bu, morbid, yəni həddən artıq çox piylənməsi olanlara aiddir. Əgər, bir insanda piylənmə varsa, əməliyyata əks göstəriş yoxdursa, onun yeganə uğurlu, effektiv və uzunmüddətli müalicə üsulu bariatrik cərrahiyyədir. Bu, bütün dünyada sübut olunub və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qəbul edilib.

- Bariatrik cərrahiyyənin nə kimi faydaları var?

- Piylənmədən əziyyət çəkən insanın daxili orqanlarında bir sıra problemlər mövcuddur. Həmin insanlar yanaşı olaraq bir sıra metabolik xəstəliklərdən əziyyət çəkirlər. Normal insanlara nisbətən ömürləri 30 faiz qısa olur. Səbəbi bilinməyən qəfləti ölüm riski həddən artıq çoxdur. Həmin əməliyyatdan sonra isə qanda şəkərin miqdarı tənzimlənir, qan təzyiqi normallaşır, xəstələrin ömrü 10-12 il artır. Əməliyyatdan sonra ən yaxşı nəticə 80 faiz hesab olunur. Bu, o zaman mümkündür ki, xəstələr əməliyyatdan sonra mütəmadi olaraq həkim müayinəsi və konsultasiyasından keçir, onlara verilən proqrama il yarım-iki il əməl edir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            327 26.05.21 23:44