Həsən Ruhani Azərbaycan Prezidentini təbrik edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |     18:50 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |     18:19 Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb - VİDEO  |     17:53 Aviaşirkətlər Dubaydan uçuşlar üçün qeydiyyatı bərpa edir  |    

Həsən Ruhani Azərbaycan Prezidentini təbrik edib

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, mətndə deyilir:

“Möhtərəm Prezident.

Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan Respublikası dövlətini və xalqını səmimi-qəlbdən təbrik edirəm.

Ölkəniz müstəqilliyini bərpa etdiyi ilk günlərdən etibarən İran İslam Respublikası ilə Azərbaycan Respublikası iki səmimi qonşu kimi tarixi, mədəni və dini bağlara əsaslanaraq, yüksək səviyyəli qardaşlıq və mehriban qonşuluq münasibətləri nümayiş etdirmişlər. Əmin olduğumu bildirirəm ki, hər iki ölkə gələcəkdə də zəngin mədəniyyətimizdən və qədim tariximizdən ilhamlanaraq qarşılıqlı anlaşma prinsipinə, xalqlarımızın istəyinə uyğun olaraq, əməkdaşlığın, siyasi, iqtisadi və mədəni əlaqələrin genişlənməsi, regional sülh və sabitliyin möhkəmlənməsi istiqamətində birgə hərəkət edəcək.

Sonda Allah Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, Azərbaycan Respublikasının şərafətli xalqına isə xoş günlər arzulayıram”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            393 26.05.21 20:58