İlham Əliyev: “ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə proqnozlaşdırıla bilən olub” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:43 Taksi qiymətləri yenidən bahalaşıb? - Eyni yola 1 manat daha artıq  |     22:36 "Crocus"un bütün əcnəbi işçilərinin terrorda əli olub-olmadığı yoxlanılır - "Baza"  |     22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |    

İlham Əliyev: “ABŞ və Rusiyanın Azərbaycanla bağlı siyasəti həmişə proqnozlaşdırıla bilən olub”

“Rusiya və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri olaraq, 30 il Azərbaycan və Ermənistan arasında fəal danışıqlar prosesinin iştirakçıları olublar, lakin təəssüf ki, bu danışıqlar heç bir nəticə verməyib”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri” adlı videoformatda keçirdiyi müzakirələr zamanı çıxışında deyib.

“Eyni zamanda hazırda ABŞ və Rusiya arasında münasibətlərin aşkar şəkildə çox aşağı səviyyədə olduğu bir vaxtda məlum olub ki, münaqişənin həlli Rusiya və ABŞ-ın çox fəal və açıq əməkdaşlığa malik olduqları yeganə məsələ idi”, - dövlət başçısı deyib.

Prezident qeyd edib ki, Bakıda bir neçə dəfə Rusiya və NATO Baş Qərargah rəislərinin görüşləri və danışıqları keçirilib:

“Başqa bir yer də seçə bilərdilər. Ancaq Bakının seçilməsi Azərbaycanın müstəqil xarici siyasətini, ölkəmizə yüksək hörmət və etimadı əks etdirir”.

Dövlət başçısı vurğulayıb ki, ABŞ və Rusiyanın Azərbaycana münasibətdə siyasəti və əksinə Azərbaycanın bu ölkələrə münasibətdə siyasəti hər zaman sabit və proqnozlaşdırıla bilən olub.

İlham Əliyev əlavə edib ki, Azərbaycan bu ölkələrin hər biri ilə strateji əlaqələr qurub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            972 20.05.21 19:30