Cahit Bağçı: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Cahit Bağçı: “Türkiyə ilə Azərbaycan arasındakı dostluq sarsılmaz dərəcədə güclüdür”

“Türkiyə-Azərbaycan münasibətləri iki ölkə arasında olan əlaqələrdən daha yüksək səviyyədədir və spesifik xüsusiyyətə malikdir”.

Bunu “Report”a müsahibəsində Türkiyənin Azərbaycandakı yeni fövqalədə və səlahiyyətli səfiri Cahit Bağçı deyib.

Səfir qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər qardaşlıq üzərində qurulub:

“Bu baxımdan münasibətlərimizi qarşılıqlı mənfəət götürmək üçün qurulan əlaqələr kontekstində qiymətləndirmək mümkün deyil. Qardaşların bir-biri ilə münasibətləri yaxşı və pis günlərdə eyni olur və dəyişmir. Pis günlərdə daha çox şeyə ehtiyac var və o zaman həqiqət ortaya çıxır. Bu baxımdan Türkiyə ilə Azərbaycan arasındakı dostluq sağlam, möhkəm və sarsılmaz dərəcədə güclüdür. İki ölkənin yaxın tarixi buna şahiddir. Anadolunun düşmən hücumlarından qorunmasından indiyədək hər cəbhədə olduğu kimi Çanaqqalada da şəhid olan azərbaycanlı qardaşlarımız var. Eynilə, Anadolunun igid oğulları Qafqaz İslam Ordusunun tərkibində Azərbaycanın bolşevik istilasına qarşı döyüşmək üçün gəldilər və Quba, Gəncə, Bakıda şəhid oldular, ancaq ata-baba yurdlarını düşmənə təslim etmədilər. Münasibətimizin xəmiri Anadolu və Qafqazda axan qardaşlarımızın qanı ilə yenidən yoğrulubdur. Buna görə də güclü və möhkəmdir”.

C.Bağçının sözlərinə görə, Azərbaycanla Türkiyə arasında münasibətlər hər sahədə inkişaf edib və sürətlə inkişaf edir:

“İki ölkə arasındakı əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş onlarla ikitərəfli müqavilələr imzalanıb. Əlaqələrimiz hərbi sahədən sənayeyə, kənd təsərrüfatından təhsilə qədər yüksək səviyyədə irəliləyir. Xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı münasibətlər iki dövlət başçısı arasındakı münasibətlər deyil. Bu dostluq münasibətidir. Onların möhkəm siyasi iradəsi və yaxın dostluğu münasibətlərimizə böyük bir təkan verir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            825 19.05.21 11:53