Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:21 Polisin intihar etməsi ilə bağlı araşdırmalar aparılır  |     14:08 Sabah hava necə olacaq?  |     13:38 İmişli sakinindən odlu silah və narkotik götürülüb - FOTO  |     13:37 AQTA 8 xəstəxanada nöqsan aşkarlayıb, sənədlər Baş Prokurorluğa göndərilib  |     13:35 Azərbaycanda məmur iş başında öldü  |     13:28 Deputat ağıllı sayğaclardan şikayətləndi  |     13:22 DİN-dən əməliyyat: Saxta spirtli içki hazırlayan şəbəkə ələ keçdi - VİDEO  |     13:15 Vətən müharibəsi qazisi evləndi  |     13:12 Türkiyədə zəlzələ təhlükəsi: 50 min bina çökə bilər  |     13:10 BMT nümayəndələri Qarabağa səfər edəcək - RƏSMİ  |     12:58 Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq  |     12:55 Ağcabədi sakini külli miqdarda heroinlə tutuldu - FOTO  |     12:52 “Taliban”da vuruşmaqda təqsirləndirilən azərbaycanlıların məhkəməsi başlayır  |     12:50 Bu gün daha 13 erməni terrorçunun məhkəməsi başlayır  |     12:43 “Sputnik V”nin yeniyetmələr üzərində sınaqlarına başlayırlar  |     12:40 Türkiyəyə görə Rusiyada tətil qiymətləri ucuzlaşa bilər  |     12:39 Sudanda onkoloji fəlakət: Uşaqlar etiraza başladılar  |     12:36 Koronavirusun yeni ölümcül taktikası açıqlanıb  |     12:35 Avstraliya gələn ilin sonuna qədər sərhədləri açmayacaq  |     12:34 Koronavirusdan sağalanlarda anticisimləri öldürən yeni ştamm aşkarlanıb  |    

Bəzi ərazilərdən quş əti və yumurtanın gətirilməsi qadağan olundu
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

AQTA-dan "Report"a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Rumıniya Respublikasının Xargita, Danimarka Krallığının Zelandiya, Cənubi Danimarka, Midtyulənd, Hovedstaden, Cənubi Afrika Respublikasının Mpumalanqa və Fri-Steyt inzibati ərazi vahidlərindən bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Danimarka Krallığından, Cənubi Afrika və Rumıniya respublikalarından gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycanın Dövlət Gömrük Komitəsinə müraciət olunub.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            156 18.05.21 18:23