Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:48 İsrail İranın hücumuna necə cavab verəcəyini müəyyən edib  |     22:16 Avtomobili cızan məktəbli anbaan kameraya düşdü - VİDEO  |     22:08 Avtomobilin yanacaq çəni: təmizləyək, ya yox?  |     22:02 Gədəbəydə qanunsuz tikili sökülüb - VİDEO  |     21:47 İtkin düşən uşağın meyiti tapıldı  |     21:38 Toyuq kotletini bu cür bişirin: Daha dadlı olacaq  |     21:30 Azərbaycanda RƏZALƏT: əxlaqsız təklifə görə qollarını doğrayıb Bakıya qaçdı  |     21:24 Bakıda ailəsi kişinin asılmış meyitini tapdı  |     21:19 Telefonunuzu masanın üstünə ekranı aşağı qoymalısınız – SƏBƏB  |     21:10 2024-cü ilin yazında dəbdə olan mini ətəklər  |     21:01 Kartofu mükəmməl qızartmaq üçün bunları bilmək lazımdır  |     20:55 MM komitə sədrinin müavini: Yağların tərkibinə nəzarət problemli məsələlərdəndir  |     20:48 Burundidə leysan yağışları nəticəsində 200 mindən çox insan zərər çəkib  |     20:39 Naqilləri oğurladı, "Azərsu"nun idarəsi işıqsız qaldı - Məhkəməsi başlayır  |     20:33 Rusiya parlamentinin komitə sədrinin müavini: Hazırda Qarabağda sülhməramlılar lazım deyil  |     20:25 Abşeronda kişi meyiti tapılıb  |     20:22 Tbilisidə atışma olub, üç nəfər yaralanıb  |     20:04 Azərbaycan İsraillə enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edib  |     19:46 Qırğızıstan Prezidenti Qazaxıstana rəsmi səfərə gedəcək  |     19:45 Prokuror Müdafiə Nazirliyinin vəsaitini mənimsəməkdə təqsirləndirilən şirkət rəhbərinə cəza istəyib  |    

Rusiya XİN-dən Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı BƏYANAT

Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi və sərhəd xidmətləri vasitəsilə operativ əlaqələrini davam etdirir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur:

“Biz Azərbaycanla Ermənistan arasındakı sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik. Rusiya tərəfi ən yüksək səviyyədə müntəzəm təmaslar yolu ilə gərginliyin azaldılmasında Bakı və İrəvana kömək edir. Ölkələrimiz arasında hərbi və sərhəd xidmətləri vasitəsi ilə operativ əlaqələr qorunur”.

Qeyd edilib ki, Rusiya münaqişənin həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasında görür:

“Bu cür hadisələrin yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunacağını düşünürük. Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya edilməsinə başlanmasını uzunmüddətli həll yolu olaraq görürük. Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin ardıcıl normallaşmasına bundan sonra da töhfə verməyə hazırdır”.

Rusiya XİN-dən həmçinin, atəşkəs rejiminə ciddi riayət olunmasının, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi də vurğulanıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            558 18.05.21 17:28