Avropa çempionatı: İki güləşçimiz finala yüksəldi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Avropa çempionatı: İki güləşçimiz finala yüksəldi

Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilər arasında Avropa çempionatı start götürüb.

Median.Az xəbər verir ki, ilk yarış günündə 57 kq, 65 kq, 70 kq, 79 kq və 97 kq-da çıxış edən güləşçilər xalça üzərinə çıxıb.

Azərbaycan təmsilçilərindən Əliabbas Rzazadə (57 kq) ilk mərhələni güləşmədən adlayıb. Buna səbəb yerli güləşçinin xalçaya çıxmaması olub. 1/4 finalda Türkiyə idmançısını vaxtından əvvəl üstələyən Rzazadə yarımfinala yüksəlib. O, daha sonra 2019-cu ildə Bakıda keçirilmiş Avropa Gənclər Olimpiya Festivalının italiyalı qalibi Simyone Piroddunu darmadağın edərək finala vəsiqə qazanıb.

Cəbrayıl Hacıyev (70 kq) Avropa çempionatına Gürcüstan pəhləvanı üzərindəki qələbə ilə start verib. İsveçrə təmsilçisinə də heç bir şans tanımayan Hacıyev adını yarımfinala yazdırıb. Rusiya güləşçisi İnalbek Şeriyevlə görüş olduqca gərgin mübarizə şəraitində keçib. Yekunda minimal hesabla qalib gələn azərbaycanlı pəhləvan finala adlayıb.

Zirəddin Bayramov (65 kq) ilk görüşdə rusiyalı Abdulməcid Kudiyevə uduzub. Rəqib finala yüksəldiyi üçün Bayramov mayın 18-də təsəlliverici görüşə çıxacaq.

İslam İlyasov (97 kq) da debütdə Rusiya güləşçisinə məğlub olub.

Qeyd edək ki, bu çəkilərdə təsəlliverici və final qarşılaşmaları mayın 18-də keçiriləcək. Təsəlliverici görüşlər Bakı vaxtı ilə saat 13:30-da, medallar uğrunda mübarizə isə 20:00-da start götürəcək.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 17.05.21 22:06