M8 ekspres xətti üzrə gediş haqqı tarifi 0,40 AZN-dən 0,35 AZN-ə dəyişdirilib.
Bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli “Twitter” də məlumat verib.
Vətəndaşlarımızın rahatlığı nəzərə alınaraq M8 ekspress xətti (Maştağa qəs-“Gənclik” m/st) adi rejimə keçirilib. Daimi sərnişinlərimizə xidmət edəcək xətt üzrə gediş haqqı tarifi 0.40 AZN-dən 0.35 AZN-ə dəyişdirilib.
— Vüsal Kərimli (@VusalKarmli) May 17, 2021
Daim Sizin xidmətinizdəyik.#BNA #publictransport