Premyer Liqanın mükafatçılarına kubok və medalların veriləcəyi məkan bəlli oldu » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |     12:14 Leonardo Di Kaprionun yeni rolu bəlli oldu  |    

Premyer Liqanın mükafatçılarına kubok və medalların veriləcəyi məkan bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqası qaliblərinin mükafatlandırma mərasimi mayın 19-da Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək.

Bu barədə “Report”a Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, tədbir “Neftçi” və “Qarabağ” arasındakı XXVIII tur matçının ardından təşkil olunacaq.

Bu oyunun yekununda çempion və vitse-çempion müəyyənləşəcək. “Qarabağ” uduzmasa, ardıcıl 8-ci dəfə qızıl medalları qazanacaq, əks halda, "Neftçi" 8 ildən sonra fəxri kürsünün ən yüksək pilləsinə qalxacaq. Qızıl medalçılara həm də çempionluq kuboku veriləcək.

3-cü yerin sahibinin adına isə daha tez – “Səbail” – “Sumqayıt” və “Sabah” – “Zirə” oyunlarının ardından aydınlıq gələcək. “Zirə” xal itirməsə, 3-cü yeri tutacaq, əks halda, "Sumqayıt" yalnız qələbə sayəsində tarixində ilk dəfə mövsümü ilk “3-lük”də bitirəcək.

Bu iki görüşün ardından müəyyənləşəcək 3-cü yerin sahibi “Dalğa Arena”ya yollanacaq və mükafatlandırma mərasimində bürünc medallarını alacaq.

PFL rəsmisi mükafatlandırma ilə bağlı digər məsələlərə mayın 16-da keçirəcəkləri iclasda aydınlıq gələcəyini də əlavə edib.

Qeyd edək ki, “Sabah” – “Zirə” və “Səbail” – “Sumqayıt” matçları saat 18:00-da, “Neftçi” – “Qarabağ” qarşılaşması isə saat 20:30-da başlanacaq.

Hazırda “Qarabağ”ın 57, “Neftçi”nin 56, “Zirə”nin 38, “Sumqayıt”ın 36 xalı var.

Ötən mövsüm pandemiya ilə əlaqədar yarımçıq dayandırıldığından, qaliblər ayrı-ayrılıqda mükafatlandırılmışdılar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            450 15.05.21 18:49