Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
12:28 Avtomobilin sobası niyə yaxşı qızdırmır? - Beş əsas səbəb | 12:27 Censen Huanq sevgilisinə görə "Nvidia"dan qovulmasından sonra ilk açıqlamasını verib | 12:25 Tanışı evindən küçəyə çağırdı, mübahisə qanlı sonluqla bitdi | 12:21 Xaricdən onlayn alış-veriş edənlərin nəzərinə | 12:12 Qətlə yetirilən 23 yaşlı Gülarə tələbə imiş: Yeni təfərrüat - VİDEO (Yenilənib) | 12:09 Navai Qazaxıstan qalmaqalından sonra məclislərdə iştirak qiymətini kəskin artırdı | 12:00 Kişi arvadı ilə görüşən şəxsi maşının yük yerində Çaylağa apardı - Qərar | 11:35 Nazir: "Azərbaycan və Almaniya 10 sənəd üzərində iş aparırlar" | 11:31 Bəzi cərimələr 150 faiz artırılır | 23:04 Müzəffər İsayev vəfat etdi | 22:41 MKA “Azərpoçt”un adından göndərilən saxta SMS-lərlə bağlı xəbərdarlıq edib | 22:35 Birce Akalay yeni serialda | 22:29 Telefonla böyüyən uşaqları hansı təhlükələr gözləyir? | 22:22 Süni intellekt yeni peşələr yaradır – Gələcəkdə bu mütəxəssislərə tələbat artacaq | 22:17 134 yaşlı Cəlilabadlı nənə uzunömürlülük sirrini açıqladı - VİDEO | 22:11 “Qremmi” tarixində ilk: Müğənni 100 dəfə namizəd oldu | 22:04 Cinayətdə şübhəli bilinən 41 nəfər saxlanıldı | 21:59 Gürcüstanda azərbaycanlı gəncin meyiti tapıldı | 21:54 Noyabrda çoxlu pul qazanacaq BÜRCLƏR | 21:45 Azərbaycanda həkim vəfat etdi |
Mojo.az Avto
Mojo.az Avto

Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub - VİDEO

15.05.2021 14:51 4 674
Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub - VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunun hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.

Son xəbərlər