Bədəni zəhərli maddələrdən belə təmizləyin » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:02 Cəlilabad meşələrində yanğın olub  |     22:57 Daha 1 erməni hərbçinin meyitinin qalıqları təhvil verildi  |     22:56 Çində 29 saata on mərtəbəli bina tikdilər (VİDEO)  |     22:54 Azərbaycanlı güləşçi 0:7 uduzduğu görüşdə erməniyə qalib gəlib, hərbi salam verdi - VİDEO  |     22:32 Qazaxda avtomobil maneəyə çırpıldı, xəsarət alan var  |     22:28 Qəbələdə şəhid Bəhruz Abuşovun xatirəsi yad edilib  |     22:27 "Grand Chess Tour": Teymur Rəcəbovdan 3 heç-heçə  |     22:26 NRYTN: "WhatsApp" və "Instagram" platformalarına daxilolmada problem yaranıb  |     22:26 Oğuzda qadın sürücü on yaşlı uşağı vurub  |     22:25 Şuşada silah-sursat aşkar edilib  |     22:24 Şamaxıda heyvan kəsimi məntəqələrində reydlər keçirilib  |     22:23 FIFA Meksikanı cəzalandırdı  |     22:23 Azərbaycana gətirilən 1.2 ton hind quşu dərisi yararsız çıxdı  |     22:22 Yeni Zelandiyada tornado bir nəfərin həyatına son qoyub  |     22:21 Naxçıvanda Külək-Günəş Hibrid Elektrik Stansiyası istifadəyə verilib  |     21:55 "Dalga beach"da karantin qaydaları pozuldu (VİDEO)  |     21:47 Ermənistanda keçiriləcək parlament seçkilərində “sürprizlər”lər gözlənilir  |     21:43 "Barselona" niderlandlı hücumçunu transfer etdi  |     21:23 Səfir: "Azərbaycanla İranın tikdiyi körpü Şimal-Cənub dəhlizində mühüm yer tutur"  |     21:11 Gürcüstanda Hindistan ştammına yoluxanların sayı artıb  |    

Bədəni zəhərli maddələrdən belə təmizləyin
Zəhərli maddələr gündəlik həyatımızda və yaşayış tərzimizdə demək olar ki, daima bizi təqib edir. Yeməklər, içkilər, hətta qəbul etdiyimiz hava vasitəsi ilə də bunlar orqanizmə asanlıqla daxil olur və yayılır. Nəticədə orqanizmdə bir sıra xəstəliklər baş qaldırır. Bəs, bədəni bu zəhərli maddələrdən necə təmizləmək olar?

Median.Az Axşam.az-a istinadən, orqanizmi zəhərli maddələrdən təmizləməyin yollarını təqdim edir:

1.Bol su qəbul edin
Su zərərli maddələrin təmizlənməsi üçün təbii qaynaqdır. Bu səbəbdən də nə qədər çox içsəniz, bədəndəki toksinlər sidiklə daha sürətli xaric olunar. Vücudunuzu təmizləməyə kömək edə biləcək su qarışımı da var: 1 litr suya 2 xörək qaşığı alma sirkəsi əlavə edib qarışdırın. Bu qarışığı gün ərzində qəbul edə bilərsiniz.

2.Təbii qidalarla qidalanın
Təbii tərəvəz və meyvələrdə pestisid kimi toksin yoxdur. Bu qidalar orqanizmdə maddələr mübadiləsini yaxşılaşdıracaq və bədəndən lazımsız zəhərli elementləri çıxarmaq üçün həzm sisteminin daha yaxşı işləməsinə kömək edəcəkdir.

3.Səhər qəhvə əvəzinə yaşıl çay için
Qəhvədə, xolesterol səviyyəsini artıra bilən diterpenoid molekulu olan kafestol var. Bu səbəblə də xolesterol əmələ gəlməməsi üçün yaşıl çay və yaxud da hər hansı bir bitki çayı içməyə üstünlük verin.

4.Müəyyən vaxtlar oruc tutmağa çalışın
Biz günün bəzi saatlarında yemək yeyirik. Qəbul etdiyimiz məhsulların çoxu işlənmiş qidalardır və şəkərdən ibarətdir. Bir-iki gün oruc tutmaq, iştahanı azaltmaqla yanaşı, zərərli maddələri bədəndən kənarlaşdıraraq sizi daha sağlam edə bilər.

5.Saunaya gedin və idman edin
Tərləmək bədəni zəhərli maddələrdən təmizləmək üçün ən təbii yoldur. Nə qədər tərləsəniz, o qədər çox təmizlənərsiniz. Bunun üçün saunaya gedə bilərsiniz. Lakin səhhətində problem olanlar yüksək temperaturda qalmaq üçün əvvəl həkimlə məsləhətləşməlidir. Tərləməyin bir başqa yolu da idmandır. Sizə ən uyğun idman növünü seçərək bununla gündəlik məşğul ola bilərsiniz. Dərinizi tərdən və ölmüş hüceyrələrdə təmizləmək üçün daha sonra duş qəbul etməyi unutmayın!скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            210 14.05.21 18:34